Modern.az

Makiyajlı, diqqət çəkici hicablı QADINLAR - “Seçim özlərinindir”

Makiyajlı, diqqət çəkici hicablı QADINLAR - “Seçim özlərinindir”

Aktual

29 Yanvar 2020, 13:46

Hər gün ictimai nəqliyyatda, cəmiyyət içində makiyajlı, bədənin formasını göstərən geyimlər geyinən hicablı xanımlarla rastlaşırıq. Belə qadınlara münasibət də birmənalı olmur. İnsanlarda belə bir fikir yaranır ki, hicab yalnız bədənin müəyyən bir hissəsini qapadan örtükdür. Bəs əslində hicabın fəlsəfəsi nədir? İslama görə qadın necə örtünməlidir?

 

Mövzu ilə bağlı Modern.az-a danışan Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli deyir ki, dində qadının geyimi ilə bağlı əsas məsələ diqqət çəkməməkdir:

 

“Dində qadının örtünməsi ilə bağlı göstəriş verilmir. Örtünmənin hədləri müəyyən edilir. Üz və əldən başqa digər bədən üzvlərinin örtülməsi vacib sayılır. Qadının hansı formada paltar geyinəcəyi ilə bağlı dində konkret olaraq bir göstəriş yoxdur. Amma ümumi olaraq həddən artıq insanların diqqətini çəkən, onları özünə cəlb edən geyimdən istifadə edilməsi məqsədəuyğun deyil. Onu da qadınlar özü müəyyən etməlidir. Hicabın fəlsəfəsi bundan ibarətdir ki, qadın həddən artıq özünə diqqət çəkmədən cəmiyyətdə mövcud olsun. Əlbəttə ki, qadının intellektindən, düşüncəsindən, potensialından cəmiyyət tam şəkildə yararlanmalıdır. Amma müəyyən mənada geyim çərçivəni təyin edir. Ona görə də burada hansı formada geyinmək yox, həddən artıq diqqət çəkməmək məsələsinə riayət olunmalıdır”.

 

Hacı Şahin Həsənli onu da qeyd edib ki, məsələnin mahiyyəti dini ədəbiyyatlarda daha ətraflı izah olunur:

 

“Bu məsələdə ciddi tələbkarlıqla yanaşmağın da, tərəfdarı deyiləm. Sadəcə insanlara izah edilməlidir ki, seçim özlərinindir, könüllü şəkildə seçim edirlər. Amma dinlə, onun hökmü ilə tanış olmaq istəyənlər dinlə bağlı ədəbiyyatlara müraciət edə bilər. Orada bu məsələnin mahiyyəti geniş şəkildə izah olunur”.

 

Əfsanə ŞƏRİF

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir