Arxiv
6 Fevral 2020, 11:52 | MƏDƏNİYYƏT
“Alo, Bakıyla danışın” - Tarixə qovuşan, unudulmaqda olan peşələr

Zaman keçdikcə, texnika təkmilləşdikcə artıq bir çox sənət və peşə sahələri öz aktuallığını itirərək, tarixə qovuşub. Bir vaxtların ən önəmli tələbatı olan bu sahələr haqqında indi demək olar ki, gənc nəsil ümumiyyyətlə xəbərsizdir.

 

Maraqlıdır, əvvəllər böyük ehtiyac duyulan, indi isə adı unudulmaqda olan peşələr hansılardır?

 

Modern.az həmin sənət sahələrininin siyahısını təqdim edir:

 

Qırçı - Ələxsus ötən əsrin ortaları və sonları insanlar evlərinin üstünü qırlatmağa xüsusi önəm verirdilər. Çünki qırlanmış ev yayda istidən, payızda yağışdan qorunmaq üçün əla vasitə idi.

 

Telefonçu - Əvvəllər telefonçu funksiyasını daşıyan şəxslər olmasa, heç kimlə əlaqə saxlamaq mümkün olmazdı. Belə ki, danışmaq istədiyiniz şəxslə əlaqə yaratmaq üçün mütləq telefonçu xanımların, bəylərin səsini eşitməli, yardımını almağa məcbur idiniz. Artıq ötən əsrin 90-cı illərin sonundan məsələn, "Alo, Bakıyla danışın" deyən telefonçular tarixə qovuşdu. İndi isə demək olar ki, balaca uşaqların da əlində telefon var və əlavə vasitəçiyə gərək duyulmadan istənilən nöqtədə, istənilən adamla çox rahat şəkildə danışa bilirik.

 

Liftçi - Bu sənət sahəsi əvvələr məsuliyyətli peşələrdən hesab olnub. İnsanlara bu mərtəbədən o mərtəbəyə qalxmaqda yardımçı olan liftçilər eyni zamanda, liftin təmizliyinə də nəzarət etməli idilər. Hətta bəzi hallarda ev sahibləri evlərinin açarını belə bu vəzifəni daşıyan şəxslərə rahatlıqla etibar edə bilirdilər.

 

Makinaçı - İllər öncə demək olar ki, bütün dünyada makinaçı sənəti geniş yayılmışdı. Bütün idarə, elmi müəssisələrdə mütləq şəkildə makinaçılara ehtiyac yaranırdı. Xüsusən də, nəşriyyatlarda, mətbuatda makinaçıların rolu əvəzsiz idi. Makinaçılar tez, baxmadan yazmaq üçün sanki yarışa girirdilər. İndi isə çox nadir hallarda yazı makinası arxasında çalışana rast gəlmək mümkündür. İndi yazı makinalarını noutbuklar, kompüterlər əvəz edir.

 

Poçtalyon - Xüsusilə ötən əsrin ortaları övladlarını, sevgililərini əsgərliyə yola salan insanlar poçtalyonlardan məktub gözləyir, onlara qarşı xüsusi rəğbət hissi bəsləyirdilər. Hətta poçtalyonlara mahnılar, şeirlər də yazılıb. Məsələn, “Ana və poçtalyon” şeirini orta nəsil arasında bilməyən demək olar ki, yoxdur. Bu gün isə e-mail, internet ressusları vasitəsilə insanlar bir-biri ilə əlaqə saxlayır, məktublaşırlar, yəni poçtalyona ehtiyac qalmır.

 

Dəyirmançı - Texnika müasirləşdikcə, su dəyirmanlarına da maraq azalıb. Halbuki su dəyirmanı keyfiyyətli un istehsalı edir. Su dəyirmanının unu keyfiyyətinə görə digər unlardan xeyli fərqlənir.

 

Pinəçi - Ölməkdə olan peşələrdən biri də pinəçilikdir. Əvvəllər toya, bayrama hazırlaşan şəxslər mütləq yolunu pinəçidən salıb ayaqqabılarını bu şəxslərə etibar edərdilər. İndi isə demək olar ki, hər nöqtədə rast gəlinən və hazır məhsullar satan ayaqqabı mağazalarına daha çox önəm verirlər.

 

Misgərlik - Ucuz başa gələn şüşə, saxsı, çuqun, dəmir qablar ortalığa çıxan vaxtdan mis məmulatları da, misgərlik sənəti də sıradan çıxıb. Bu gün çox az hallarda misgərlik sənəti ilə məşğul olan sənətkarlar var.

 

“Foks ustası” - Yəqin ki, “Şərikli çörək” filmindəki fotoaparata oxşayan cihazla uşaqlara  “Baden-Badenin mavi gecələri”; “Fransız xalqı keyf eləyir” deyərək mənzərə göstərən obraz yadınızdadır. Ötən əsrin ortaları bu cür “foks ustaları”nı  balaca uşaqlar xüsusilə sevirdi. Kiçik aparatda müxtəlif dünya mənzərələrini təqdim edən belə şəxslərə böyüklər də az maraq göstərməyib. Zamanla televiziya formalaşdıqca, artıq bu foks ustalarına demək olar ki, rast gəlinmədi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirus infeksiyalarını bloklayan süni virus yaradılıb 9 Aprel 2020, 00:57 Fransada koronavirusdan ölənlərin sayı 10 869-a çatdı 9 Aprel 2020, 00:36 Prezidentinin oğlu koronavirusa yoluxdu 9 Aprel 2020, 00:16 Koronavirusla mübarizə üçün Ukraynaya 190 milyon avro ayırıldı 9 Aprel 2020, 00:03 Bu gün 3018 nəfər koronavirus testindən keçirilib - TƏBİB 8 Aprel 2020, 23:46 Neft 34 dollaradək bahalaşdı 8 Aprel 2020, 23:28 Yaponiyada COVİD-19 ilə bağlı rekord göstərici qeydə alındı 8 Aprel 2020, 23:15 Əkrəm İmamoğlunu ölümlə hədələyən şəxs tutuldu 8 Aprel 2020, 22:59 Bu ölkədə 4072 nəfər koronavirusa yoluxdu 8 Aprel 2020, 22:44 Azərbaycanlı diaspor rəhbəri koronavirusa yoluxdu 8 Aprel 2020, 22:27 Koronavirusla bağlı daha bir kəşfiyyat məlumatı üzə çıxdı 8 Aprel 2020, 22:14 ABŞ-da koronavirusa yoluxanların sayı 401 166 nəfərə çatdı 8 Aprel 2020, 22:01 Qənirə Paşayevanın seçicilərinə 3 min maska hədiyyə edildi 8 Aprel 2020, 21:55 Göyçayda üç avtomobil toqquşdu: xəsarət alanlar var 8 Aprel 2020, 21:45 Heydər Əliyev Mərkəzindən İtaliyaya həmrəylik nümayişi 8 Aprel 2020, 21:33 Türkiyədə koronavirusdan ölənlərin sayı 812-yə çatdı 8 Aprel 2020, 21:16 İtaliyada koronavirusdan REKORD sayda sağalma 8 Aprel 2020, 20:59 Britaniyada daha 938 nəfər koronavirusdan öldü 8 Aprel 2020, 20:45 İrandan koronavirusla mübarizədə dəstəyə görə Azərbaycana təşəkkür 8 Aprel 2020, 20:29 Koronavirusa görə GPS peykinin buraxılışını təxirə salındı 8 Aprel 2020, 20:17 Siyasətçi bu səbəbdən prezident olmayacaq 8 Aprel 2020, 20:01 ÜST: Koronavirusun nə zaman bitəcəyini bilmirik 8 Aprel 2020, 19:50 Bakıda “Toyota” ilə “KamAZ” toqquşub:  yaralanan var 8 Aprel 2020, 19:41 “AzərGold” xaricə qızıl satışını dayandırıb 8 Aprel 2020, 19:33 Şəxsiyyət vəsiqəsinin müddəti bitən şəxslərin NƏZƏRİNƏ 8 Aprel 2020, 19:25 Nazirlər Kabinetinin rəsmisi: “Adamlara pul paylansa, daha çox insan işsiz qalacaq” 8 Aprel 2020, 19:17 Maliyyə yardımı kimlərə şamil olunacaq? - Nazir: “Minimal məbləğ 250 manat...” 8 Aprel 2020, 19:11 İbrahim Məmmədov: “Düşmən ölkələr koronavirusla bağlı şayiələr yayırlar” 8 Aprel 2020, 19:01 Azərbsaycanda 82 yaşlı şəxs koronavirusdan sağalıb 8 Aprel 2020, 18:53 Azərbaycanda koronavirusa yoluxma ilə bağlı qırmızı zona yoxdur – Operativ Qərargah 8 Aprel 2020, 18:51 İşdən çıxarılan məmur baş naziri sərt tənqid etdi 8 Aprel 2020, 18:46 UNEC aliminin koronavirus barədə araşdırması apardı 8 Aprel 2020, 18:38 Bakıda piyadanı vurub öldürən sürücü tutuldu 8 Aprel 2020, 18:31 Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı XƏBƏRDARLIQ 8 Aprel 2020, 18:28 Ağır xəstələrin rayondan Bakıya gətirilməsinə icazə verilir – Operativ Qərargah 8 Aprel 2020, 18:25