Modern.az

Abituriyentlərin nəzərinə: V ixtisas qrupunda bəzi ixtisaslar ləğv olundu, yeniləri yaradıldı

Abituriyentlərin nəzərinə: V ixtisas qrupunda bəzi ixtisaslar ləğv olundu, yeniləri yaradıldı

Təhsil

8 Fevral 2020, 12:47

Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişikliklər haqqında qərar imzalayıb.

 

Modern.az xəbər verir ki, bu qərarla V ixtisas qrupunda 5 ixtisas ləğv edilib, 2 yeni ixtisas yaradılıb, 4 ixtisas əsasında 3 ixtisas formalaşdırılıb.

 

 

Belə ki, V ixtisas qrupunda Bədən tərbiyəsi və idman, Solo oxuma, Estrada sənəti, Xalq çalğı alətləri ifaçılığı və Rəqs müəllimliyi  ixtisasları siyahıdan çıxarılıb. Dekorativ sənət,  Dizayn (təsviri sənət istiqaməti), Dizayn (memarlıq və dizayn istiqaməti) və Məşqçi (idman növü üzrə) ixtisasları əsasında Dekorativ tətbiqi sənət (sahələr üzrə), Dizayn (sahələr üzrə) və Məşqçilik ixtisasları formalaşdırılıb.

 

V ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə) və Vokal sənəti (sahələr üzrə) ixtisasları yer alıb. Beləliklə, son dəyişiklikdən sonra V ixtisas qrupuna aşağıdakı 19 ixtisas daxildir:

 

  1. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi
  2. Musiqi müəllimliyi
  3. Təsviri incəsənət müəllimliyi
  4. Aktyor sənəti
  5. Bəstəkarlıq
  6. Dekorativ tətbiqi sənət (sahələr üzrə)
  7. Dirijorluq (sahələr üzrə)
  8. Dizayn (sahələr üzrə)
  9. Heykəltəraşlıq
  10. İnstrumental ifaçılıq (sahələr üzrə)
  11. Musiqişünaslıq
  12. Operator sənəti
  13. Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)
  14. Qrafika
  15. Rejissorluq
  16. Rəngkarlıq
  17. Vokal sənəti (sahələr üzrə)
  18. Xoreoqrafiya sənəti (sahələr üzrə)
  19. Məşqçilik.

 

Qeyd edək ki, bu ixtisaslar xüsusi qabiliyyət tələb edən ixtisaslardır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi