Arxiv
17 Fevral 2020, 21:17 | AKTUAL
"İrəvana hər gün tabutlar getməlidir" - Qüdrət Həsənquliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsinin sədri, millət vəkili Qüdrət Həsənquliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə Erəmənistanın baş naziri Paşinyan arasında keçirilən debatla bağlı müsahibə verib.

 

Modern.az müsahibəni təqdim edir:

 

- Həmin debat Ermənistanın işğalçı dövlət kimi növbəti ifşası və Azərbaycanın böyük diplomatik qələbəsi idi. Bu debatdan sonra İlham Əliyevi Qarabağla bağlı ittiham edən rəqibləri belə onun diplomatik bacarığını, siyasi gücünü və milli maraqları müdafiə edərkən, qətiyyətli və güzəştsiz mövqeyini etiraf etməli oldular.

Təkcə bizimkilərin deyil, Ermənistan, Türkiyə, Rusiya və regionda marağı olan digər ölkələrin siyasətçiləri və siyasi ekspertləri də Əliyevin Paşinyandan təhsil, ingilis dilində fikirlərini ifadə etmək qabiliyyəti və öz mövqeyini müdafiə etmək bacarığı baxımından çox yüksəkdə dayandığını qeyd etdilər. Hamı bir daha əmin oldu ki, Ermənistan işğalçı dövlətdir və müxtəlif bəhanələrlə mövcud status-kvonu qoruyub saxlamaq istəyir.

Yeri gəlmişkən, Ermənistan baş nazirinin öz kütbeyinliyini göstərən "Azərbaycan müstəqil ölkə olaraq Sovet İttifaqının ərazi bütövlüyünə hörmət etmişdimi? Azərbaycan Sovet İttifaqını tərk etdiyi kimi, eyni yolla Dağlıq Qarabağ da Sovet İttifaqını tərk edib" fikri barədə onu demək istəyirəm ki, SSRİ-ni təşkili haqqında 30 dekabr 1922-ci tarixli "İttifaq Müqaviləsi"nin 26-cı maddəsinə görə, hər bir respublikanın SSRİ-nin tərkibindən çıxmaq hüququ var idi. Bu, SSRİ-nin sonuncu - 1977-ci il Konstitusiyasının 72-ci maddəsində də nəzərdə tutulmuşdu. Bu hüquq SSRİ-nin 1924 və 1936-cı il Konstitusiyalarında da mövcud idi.1977-ci il Konstitusiyasının 76-cı maddəsində hər bir respublikanın suveren dövlət olması qeyd olunurdu. 80-ci maddədə isə qeyd olunurdu ki, hər bir respublika xarici ölkələrlə əlaqə qura, beynəlxalq təşkilatların üzvü ola bilər.

Təsadüfi deyil ki, Ukrayna və Belarus da BMT-nin üzvü idi. Amma nəinki muxtar vilayətlər, hətta muxtar respublikalar üçün belə bir hüquq nə SSRI, nə də Müttəfiq Respublikaların Konstitusiyalarında nəzərdə tutulmuşdu. Ona görə də Çeçenistan Respublikasının Rusiya Federasiyasından ayrılmaq cəhdi uğursuzluğa düçar oldu, ona baha başa gəldi.

- Paşinyanın Xocalı soyqırımı barədə dediklərinə münasibətiniz necədir?

- İlham Əliyev Paşinyanın yalan danışdığını sübut etməklə yanaşı, həm də dünya ictimaiyyətinə mesaj verdi ki, dünya erməniləri xarici ölkələrin mətbuatında necə böyük yalanlar dərc etdirib, həqiqəti ört-basdır etmək istəyirlər. Prezident bəyan etdi ki, Xocalı soyqırımını azərbaycanlıların özünün törətməsi barədə Mütəllibovun hansısa müsahibəsinə istinad etmək absurddur, çünki Mütəllibov sağdır və o, dəfələrlə belə bir söz demədiyini bəyan edib.

- Bu görüşün Azərbaycan üçün əhəmiyyəti nədən ibarət oldu?

- Belə bir debat ilk dəfə keçirildiyi üçün ona çox böyük beynəlxalq diqqət yönəlmişdi. Bu görüş Ermənistanda böyük mənəvi və psixoloji sarsıntı yaradıb. Dünya Ermənistanın yalançı, beynəlxalq hüquqa hörmət etməyən, işğalçı, amma rəzil durumda olmasını bir daha gördü. Hamı əmin oldu ki, kənar dəstək olmasa, rəhbəri Azərbaycan Prezidenti qarşısında pişiyə dönmüş bu ölkə 30 il ərzində bizim torpaqları işğal altında saxlaya bilməz. Bu cür açıq debatın bağlı qapılar arxasında keçirilən danışıqlara mütləq təsiri olacaqdır. Azərbaycan islahatları genişləndirməklə beynəlxalq nüfuzunu yüksəltməli, iqtisadiyyatını və ordusunu gücləndirməklə Ermənistana təzyiqləri artırmalıdır.

Paşiyan danışıqlarda konstruktiv mövqe tutmadığı üçün ona ayrılmış vaxt artıq bitib. Biz çalışmalıyıq ki, işğalçı ordunun əsgərlərini, hələlik geniş hərbi əməliyyatlara başlamasaq da, hər gün öldürək.

İrəvana tabutlar getməlidir. Ermənistan başa düşməlidir ki, işğala son qoymasa, ona güc tətbiqi qaçılmaz olacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Ggücləndirilmiş iş rejimində çalışırıq ki, artan tələbatını qarşılayaq” - Tanrıverdi Mustafayev 28 mart 2020, 18:33 Goranboyda maarifləndirmə və dezinfeksiya tədbirləri davam edir - FOTO 28 mart 2020, 18:05 Nazirlik “Böyüklərimizə qayğı ilə!” adlı daha bir videoçarx hazırladı -VİDEO 28 mart 2020, 17:57 Polis postlarından hansı avtomobillər və şəxslər buraxılacaq? - SİYAHI 28 mart 2020, 17:50 Bakıda elektrik naqilləri oğurlayan şəxs saxlanıldı   28 mart 2020, 17:43 AŞPA məruzəçilərinin açıqlaması ilə əlaqədar məktub göndərildi 28 mart 2020, 17:36 Rusiya koronavirusa qarşı dərman hazırladığını elan etdi 28 mart 2020, 17:30 “Huawei Azerbaijan” koronavirusla mübarizədə Heydər Əliyev Fonduna dəstək göstərib - FOTO 28 mart 2020, 17:24 DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə MÜRACİƏT 28 mart 2020, 17:18 Sabahdan koronavirusa yoluxan xəstələr “Yeni klinika”da müalicə alacaqlar 28 mart 2020, 17:11 Birinci sinfə elektron qeydiyyata yenidən start verilir 28 mart 2020, 17:04 “AŞPA həmməruzəçilərinin düşüncəsi də koronavirusa yoluxub” - Əli Hüseynli 28 mart 2020, 16:56 Ağcabədidə yük avtomobili yandı 28 mart 2020, 16:49 Təhsil Nazirliyi vətəndaş qəbulunu dayandırdı 28 mart 2020, 16:42 Hacıqabulda koronavirusa qarşı mübarizə tədbirləri davam edir - FOTO 28 mart 2020, 16:35 AZAL #EVDƏQAL təşəbbüsü çərçivəsində yeni kampaniyaya start verir - FOTO 28 mart 2020, 16:28 YAP Gəncə şəhər təşkilatının fəalları tənha və ahıl sakinlərə yardım edirlər - VİDEO 28 mart 2020, 16:22 Antikoronavirus: Bütün dünya “AĞATLI OĞLAN”ı gözləyir 28 mart 2020, 16:15 İki mağazadan oğurluq edən şəxs ələ keçdi 28 mart 2020, 16:09 Nazirlik yaşı 65-dən yuxarı 11 minədək tənhaya XİDMƏT EDİR 28 mart 2020, 16:02 “Evdə qal” devizi altında aksiya davam etdirilir - FOTO 28 mart 2020, 15:55 “Azəriqaz” daha az işçilə maksimum işləyəcək   28 mart 2020, 15:47 Zaqatalada koronavirusla bağlı yalan məlumat yayan şəxslər saxlanıldı 28 mart 2020, 15:40 Prezident və birinci xanım “Yeni klinika” tibb müəssisəsinin AÇILIŞINDA 28 mart 2020, 15:33 TƏBİB-dən 6 yaşlı uşağın ölümü ilə bağlı AÇIQLAMA 28 mart 2020, 15:25 Belə karantin olmaz! - Biri başsağlığına gedir, o biri parkda gəzişir... 28 mart 2020, 15:18 İnsanları karantinə çağıranlar özləri nə edir: DARIXAN DA VAR, YALAN DANIŞAN DA… 28 mart 2020, 15:11 DMX əcnəbi və vətəndaşlığı olmayanlara müraciət etdi 28 mart 2020, 15:05 Birinci sinfin rus bölməsi üçün müsahibələr təxirə salındı 28 mart 2020, 14:59 Soydaşlarımızın məskunlaşdığı qaçqın düşərgəsi karantinə alındı 28 mart 2020, 14:52 Azərbaycan voleybol millisinin üzvləri karantinə alındı 28 mart 2020, 14:45 Koronavirusa görə 56 qrant layihəsinin təyinatı dəyişdirildi - AZƏRBAYCANDA 28 mart 2020, 14:39 Mehriban Əliyevadan koronavirusla mübarizədə ön cəbhədə olanlara TƏŞƏKKÜR 28 mart 2020, 14:32 Bakıda qardaşı arvadını qətlə yetirən şəxs saxlanıldı 28 mart 2020, 14:25 Ali məktəblərə qəbul qaydaları: NƏLƏR DƏYİŞƏ BİLƏR   28 mart 2020, 14:19