Arxiv
18 Fevral 2020, 11:45 | ÖLKƏ
İlham Əliyev Paşinyan üzərində mənəvi və psixoloji qələbəsi ilə tarixə düşdü - Əli Əhmədov

"Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevlə Ermənistanın baş naziri arasında açıq müzakirələr artıq neçə gündür ki, gündəmi zəbt etməkdədir". 

 

Modern.az xəbər verir ki, bunu Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov "Prezident İlham Əliyevin möhtəşəm diplomatik qələbəsi" adlı məqaləsində bildirib.

 

O deyib ki, mövzunun təkcə Azərbaycanın və təcavüzkar Ermənistanın deyil, həm də dünyanın bir sıra aparıcı mətbuat orqanlarının diqqətində olması ona olan marağın miqyasından xəbər verir: "Etiraf etmək lazımdır ki, son bir neçə ay ərzində müxtəlif beynəlxalq meydançalarda iki ölkə rəhbəri arasında baş tutan mükalimələr böyük ictimai rezonansa səbəb olmuşdur. Bu müzakirələr hər şeydən əvvəl geniş beynəlxalq auditoriyanın həm Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həqiqi mahiyyətini daha yaxşı anlamasına, həm də, bu da çox vacib məqamdır, münaqişə tərəflərinin öz mövqeyini, deməli, tarixi həqiqəti təqdim etmək potensialını üzə çıxarmasına imkan yaradır. Artıq İlham Əliyevin təqdimatında Azərbaycanın mövqeyinin getdikcə güclənməsinin, arqument bazasının möhkəmlənməsinin, Paşinyanın təqdimatında isə tam əksinə olaraq, təcavüzkar Ermənistanın mövqeyinin zəiflənməsinin davam etməsinin şahidi oluruq. Münhen Təhlükəsizlik Konfransı bu baxımdan istisna təşkil etmədi".

 

YAP sədrinin müavini-icra katibi qeyd edib ki, Prezident İlham Əliyevlə baş nazir Paşinyan arasında canlı şəkildə izlədiyimiz müzakirələr birmənalı şəkildə Azərbaycanın dövlət başçısının təcavüzkar dövlətin rəhbəri ilə müqayisədə böyük üstünlüyünün nümayişinə çevrildi: "Əvvəla, intelektual müstəvidə iki lider arasında ciddi fərqlər aydın şəkildə nəzərə çarpdı. İkincisi, İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və tarixi ilə əlaqədar həqiqətləri daha aydın və arqumentləşmiş şəkildə dinləyicilərə və izləyicilərə çatdırdı. Ən əsası isə dövlət başçımız Azərbaycanın mövqeyini layiqincə müdafiə etməyə, daha sanballı arqumentləri ilə təcavüzkar dövlətin rəhbərini demək olar ki, bütün arqumentlərdən məhrum etməyə, başqa sözlə desək, tərksilah etməyə nail ola bildi.

 

Heç şübhəsiz, Münhen Təhlükəsizlik Konfrasında açıq müzakirələr Prezident İlham Əliyevin baş nazir Paşinyan üzərində qəti və inandırıcı intellektual, nəzəri-tarixi, mənəvi və psixoloji qələbəsi ilə tarixə düşdü. Daha əhəmiyyətlisi isə odur ki, Prezident İlham Əliyevin timsalında Azərbaycanın Ermənistandan mənəvi-psixoloji üstünlüyü özünün aydın təsdiqini tapdı. Görünür, bu səbəbdəndir ki, işğalçı Ermənistanın siyasətçiləri və ekspertlərindən tutmuş adi insanlarına qədər hamı Paşinyanın ağır məğlubiyyətini etiraf edir və buna görə ona qarşı ən sərt ittihamları irəli sürməyə başlayır".

 

"Mən qətiyyətlə, daxili inamla Münhen Təhlükəsizlik Konfransında açıq müzakirələrdə Prezident İlham Əliyevin çıxışını, gətirdiyi arqumentləri, Paşinyanın əlacsız vəziyyətə düşməsini Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın ədalətli mövqeyinin bütün dünyaya daha ətraflı çatdırılması sahəsində möhtəşəm addım hesab edirəm.

 

Münhen Təhlükəsizlik konfransında açıq müzakirələrdə Prezident İlham Əliyevin Azərbaycanın mövqeyini ləyaqətlə, bacarıqla və qətiyyətlə müzakirə etməsi, heç birimizin şübhə etmədiyimiz həqiqəti bir daha sübuta yetirdi: Ölkəmizin və onun əhalisinin taleyi qüdrətli və etibarlı əllərdədir. Bu fikirlər eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli perspektivlərinə şamil edilə bilər və edilməlidir"- deyə Ə.Əhmədov əlavə edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ tezliklə işğaldan azad olunacaq” - Millət vəkili 31 mart 2020, 09:36 Dollar və manatın bugünkü məzənnəsi 31 mart 2020, 09:30 Ermənilərin Qafqazda törətdikləri qırğın və talanlar 31 mart 2020, 09:24 Cəbhədə gərginlik səngimir: atəşkəs 22 dəfə pozulub 31 mart 2020, 09:17 100 yaşlı Nənəxanım nənə: “Camaatı yığdılar məscidə, od vurub yandırdılar” - Zəngəzur HADİSƏLƏRİ 31 mart 2020, 09:11 ABŞ koronavirusa təslim olur - Bir gündə 20 min yoluxma, 600-ə yaxın ölüm 31 mart 2020, 09:04 Dünənki təxribat zamanı Ermənistanın iki hərbçisi yaralanıb 31 mart 2020, 08:39 Vaşinqtonda yaşayan azərbaycanlı jurnalist: “Amerikalılar azərbaycanlılardan fərqli olaraq qaydalara əməl edir” - MÜSAHİBƏ 31 mart 2020, 08:16 Koronavirusla bağlı SON STATİSTİKA - 200-cü ölkə, 784 min yoluxma, 37 min ölüm 31 mart 2020, 04:10 Merkel koronavirusa görə üçüncü dəfə test verdi 31 mart 2020, 00:53 ABŞ-da 153 min insan koronavirusa yoluxdu 31 mart 2020, 00:43 Bu gündən Azərbaycanda küçəyə çıxmaq MƏHDUDLAŞDIRILIR 31 mart 2020, 00:31 Mehriban Əliyevadan soyqırımı paylaşımı 31 mart 2020, 00:21 İranda koronavirusa qarşı dərman hazırlandı 31 mart 2020, 00:09 31 mart Soyqırımı - 1 milyonadək azərbaycanlı məhv edilib 31 mart 2020, 00:00 27 polis koronavirusa yoluxdu 30 mart 2020, 23:56 Mübariz Mənsimov  “ölüm aclığı”nı dayandırdı 30 mart 2020, 23:37 Koronavirus daha bir ölkəyə yayıldı 30 mart 2020, 23:21 Habil Əliyevin qızı koronavirusa YOLUXUB:Hazırda sistem altındayam 30 mart 2020, 23:12 Ərdoğan koronavirusla mübarizə kampaniyasına başladı: 7 aylıq maaşını bağışladı 30 mart 2020, 23:04 “QHT-lər Şuranın çağrışına hamılıqla dəstək verdi” – Fərasət Qurbanov 30 mart 2020, 22:52 Gürcüstanda koronavirusa 103  nəfər yoluxdu 30 mart 2020, 22:35 “Koronavirusa yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir” - İbrahim Məmmədov 30 mart 2020, 22:18 Cəbhədə erməni təxribatının növbəti dəfə qarşısı alınıb - DSX 30 mart 2020, 22:04 İtaliyada koronavirusdan daha 812 insan öldü 30 mart 2020, 21:51 Türkiyədə bir sutkada 1610 nəfər koronavirusa yoluxdu 30 mart 2020, 21:33 Nazir koronavirusa görə maliyyə yardımının şərtlərini AÇIQLADI 30 mart 2020, 21:23 KİV  xüsusi karantin rejimində də işləyəcək 30 mart 2020, 21:06 "İmkansız vətəndaşlar dövlətin himayəsindədir" - İbrahim Məmmədov  30 mart 2020, 20:51 Trampla Putin koronavirusu müzakirə etdi 30 mart 2020, 20:43 Azərbaycanda YENİ QADAĞALAR: küçəyə çıxmaq məhdudlaşdırıldı 30 mart 2020, 20:43 İnsanlar yalnız yaxın market və apteklərə gedə biləcək 30 mart 2020, 20:31 Sumqayıtda xüsusi karantin rejiminə nəzarət üçün mobil qruplar yaradılıb 30 mart 2020, 20:01 Qənirə Paşayeva təklif etdi, deputatlar tibb işçilərini alıqşladılar - VİDEO 30 mart 2020, 19:22 Təhsil Nazirliyindən koronavirus dövründə mühüm addımlar 30 mart 2020, 18:57