Arxiv
20 Fevral 2020, 10:10 | MÜSAHİBƏ
Çox kitab oxumaq, kompüterdən çox istifadə gözü zəiflətmir - MÜSAHİBƏ

Gözlər insanın ətraf-mühitlə balanslı şəkildə əlaqəsini təmin edən əsas duyğu orqanlarından biridir. Buna görə bu orqanda hər hansı problemin yaranması birbaşa olaraq insan həyatına təsir edir.

 

Gözdə yaranan xəstəliklər, görmə qabiliyyətinin zəifləməsi və səbəbləri daimi olaraq insanlarda müxtəlif suallar yaradır.

 

Oftolmoloq  Qurban İsmayılov Modern.az-a müsahibəsində bu sualları cavablayıb:

 

 

Qısa arayış: Qurban İsmayılov 1973-cü il fevralın 20-də Göyçə mahalının Zərkənd kəndində anadan olub.

 

1980-ci ildə orta məktəbin birinci sinfinə daxil olub. 1988-ci ildən deportasiya edilərək Bakıda yaşamağa başlayıb.1990-cı il Tibb İnistutuna daxil olub.

 

1996-cı ildə universiteti bitirərək, oftolmalogiya kafedrasında kliniki ordinaturada  təhsil almağa başlayıb.

 

Hazırda Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının oftolmologiya şöbəsinin müdiridir.

 

 

- Qurban doktor, neçə yaşdan sonra göz əvvəlki görmə qabiliyyətini itirməyə başlayır?

 

- Əgər insanın anadangəlmə görmə qabiliyyəti normaldırsa, yəni göz emmetropdursa, 40 yaşınadək problem olmur.  Artıq 40 yaşdan sonra yaxını görmə zəifləyir ki, bu da billurun ölmüş hüceyrələrinin kənara çıxa bilməməsi, billurun nüvəsinin əmələ gəlməsi ilə əlaqədardır.

Ancaq uzağı və yaxını anadangəlmə yaxşı görə bilməyən şəxslərdə  görmə qabiliyyəti istənilən yaşda zəifləyə bilər.

 

- Kompüterdən aktiv olaraq istifadə gözü zəiflədə bilər? Ümumiyyətlə, kompüterin gözə nə kimi mənfi təsirləri var?

 

- Nə kitab oxumaq, nə də ki, kompüterdən istifadə gözü zəiflədir. Bəzən valideynlər də narahat olur ki, uşağımız çox dərs oxuyur, gözü zəifləyəcək. Amma kompüter, ya da kitabdan daimi olaraq istifadə heç bir halda görmə qabiliyyətinə mənfi təsir etmir.

Sadəcə olaraq, saatlarla yaxın məsafədə kompüterlə məşğul olmaq, yaxud da kitab oxumaq gənclərdə göz yorğunluğu yarada bilər. Amma kompüterlə mütəmadi işləyən şəxslər şüalardan qorunmaq üçün xüsusi eynəklərdən istifadə edə bilərlər.

 

- Qohum evliliyindən dünyaya gələn uşaqlarda hansı göz xəstəlikləri yaranır? Bu xəstəliklərin qarşısını almaq mümkündürmü?

 

- Biz Azərbaycanda, tez-tez müxtəlif regionlarda qohum evliliyindən törəyən uşaqlarda göz xəstəlikləri yarandığının şahidi oluruq. Adətən bu uşaqlarda gözün arxa seqmentinin, torlu qişanın xəstəlikləri yaranır, bu xəstələrin gecə görməsi pozulur, görmə qabiliyyəti zəifləyir və 40 yaşdan sonra  artıq görmə qabiliyyəti tamamilə itir. Torlu qişanın xəstəliyi elədir ki, artıq onun qarşısını almaq mümkün deyil.

 

 

- Sağlam görmə qabiliyyətini necə qorumaq olar?

 

- Əgər ata və ya anada müəyyən xəstəliklər varsa, vaxtında göz həkimi ilə gözü müayinə etdirmək lazımdır. Bu tək göz yox, digər orqanlarda da keçərlidir, orqanizm üçün qəbul olunmuş bir standartdır. 40 yaşdan sonra xüsusilə kişilərdə fiziki cəhətdən ağır iş rejimi, əsəbilik müşahidə olunduğundan məsləhətdir ki, gözün daxili təzyiqi ölçülsün. Yəni, qlakoma deyilən xəstəliklər var ki, bu xəstəliklərin qarşısı vaxtında alınmalıdır.

Azərbaycan isti və allergik zona olduğuna görə, məsləhətdir ki, gənclər arasında gözün quruluq dərəcəsi yoxlanılsın.

“Şermer” testi vasitəsilə bilmək olar ki, gənclərdə quru göz sindromu var, yoxsa yox. Əgər göz normal halda islanmazsa, göz qapaqları gözün buynuz qişasının sürtür və gələcəkdə geriqayıtmaz xəstəlik olan “kerotokonus” və ya “kerotoqlobus” xəstəliyi meydana gəlir.

 

- Son zamanlar ələxsus uşaqlarda və gənclərdə hansı göz xəstəliklərinin daha çox olduğunun şahidisiniz?

 

- Demək olar ki, bütün göz xəstəliklərinin sayı artıb. Ola bilsin ki, müasir diaqnostikalar daha dürüstdür deyə nəticə belədir, amma yenə göz xəstəliklərinin hamısında artım müşahidə edirik.

Bütün dünyada olduğu kimi Azərbaycanda da şəkərli diabetin, uşaqlarda anadangəlmə qlakoma, retenoblostoma, anadangəlmə kataraktaların sayı artıb.

 

- Yuxusuzluq, yəni yuxu rejiminin pozulmasının gözə hər hansı mənfi təsiri ola bilər?

 

- Yuxusuzluğun gözə mənfi təsiri odur ki, gözdə quruluq əmələ gəlir. Yəni, göz qapaqları qapanmadıqda gözlər maye ilə islanmır və gözkənarı vəzlər biri-birinə sürtünmür. Bu da quru göz sindromunun yaranmasına gətirib çıxarır.

 

- Biz göz xəstəlikləri arasında tez-tez “mirvari suyu” xəstəliyinin adını daha çox eşidirik. Bu xəstəliyin yaranma səbəbi nədir?

 

- Mirvari suyu fizioloji bir xəstəlikdir, yəni bu, birbaşa olaraq yaşın çoxluğuna bağlıdır. Lakin hər hansısa xəstəliyin fonunda yaranan mirvari suyu xəstəliyi də var. Məsələn, şəkərli diabet bu xəstəliyi yarada bilər .

Kataraktalar müasir dövr üçün bəlalı bir xəstəlik deyil. Hətta narkozsuz xırda kəsiklər vasitəsilə bulanmış billur sovrulur və onun içərisinə müxtəlif funksiyanı yerinə yetirən süni billurlar implantasiya olunaraq görmə bərpa olunur.

 

 

- Düzgün təyin edilməmiş eynəyin gözə ziyanı ola bilərmi?

 

- Əslində bu, sadəcə boşuna yaranmış bir söz və qorxudur. Bu optiklərin və bəzi həkimlərin biri-birlərinin ünvlarına atdıqları ittihamdır.

Düzgün təyin edilməmiş eynək gözdə hər hansısa fəsad yaratmaz. Maksimum şəkildə belə eynəklər insana baş və ya göz ağrısı verə bilər.

Təbii olaraq da insan təfəkkürü bunu qəbullana-qəbullana aylarla ya da illərlə həmin eynəyi istifadə etməz, həkimə müraciət edər. Yəni, düzgün eynək istifadə edib göz zəifləməsi kimi hal hələ ki, dünya təbabətində müşahidə olunmayıb.

 

- Bəzən göz həkimlərinin optik apteklərlə əməkdaşlıq etdiyini və ehtiyac olmadığı halda qəsdən eynək məsləhət gördüyünü deyilir. Bu məsələyə münasibətiniz?

 

- Sizə bir hadisə danışım. Bir dəfə bir jurnalist mənə müraciət etdi ki, reklamımla məşğul olsun. Mən də bildirdim ki, reklama ehtiyacım yoxdur. Belə olan halda  həmin jurnalist belə bir xəbər verdi ki, qəsdən təyin edilmiş bir eynək onun övladının gözündə zəiflik yaradıb.

Burda belə bir sual doğur. “Sənin övladının gözü yaxşı görürdüsə, göz həkiminə niyə müraciət etmişdin?”.

Yəni, eynəkdən dolayı gözün zəifləməsi mümkün deyil. Normal görən insan niyə göz həkiminə müraciət etsin? Sadəcə olaraq həkimdən məsləhətli optikanı soruşa bilərsən o da səni yaxşı optikaya ünvanlandıra bilər. Şəxsən mənim əməkdaşlıq etdiyim hansısa optika yoxdur.

 

- Qidalanmanın görməyə təsiri barədə danışmanızı istərdim. Görmə qabiliyyətini artıran qidalar varmı?

 

- 24 illik həkimlik təcrübəm var. İndiyədək heç bir xəstəyə vitamin yazmamışam. O təfəkkür heç cür mənə çatmır ki, ağız boşluğundan qəbul olunan bir vitamin gedib göz dibində hansısa xəstəliyi müalicə etsin. Belə bir anlayış mümkün deyil. Bu cür vitaminlərdənsə Allahın yaratdığı təbii qidalardan istifadə daha məsləhətlidir.

Gözün potologiyasında iki üsul var. Biri eynəkdən istifadə, digəri də cərrahi əməliyyat. Gözdə hər hansı bir xəstəlik varsa da, təyin olunan dərmanlar belə sadəcə olaraq köməkçi vasitə rolunu oynayır, onu sağaltmır. Yəni, vitaminlərə və qidalanmaya ümid etmək olmaz.

 

 

- Görmə qabiliyyətini necə artırmaq olar?

 

- Görmə qabiliyyətini artırmaq üçün hansısa üsul yoxdur. Əgər ehtiyac yaranarsa, eynək istifadə edəcəksən, 18 yaşı keçmisənsə əməliyyat olunacaqsan. Yəni, görmə qabiliyyətini bərpa etmək və artırmaq üçün metod yoxdur.

 

- Bəzi hallarda insanlar bilmədikləri bir yerdən necə gəldi gün eynəyi alıb istifadə edirlər. Bu eynəklərin gözə nə kimi mənfi təsirləri var?

 

- Ümumiyyətlə, eynək alarkən həkim məsləhətinin olması daha uyğundur.  Bura optiki eynəklər də, gün eynəkləri də daxildir. Küçədə eynək satan adam nə bilir ki, gözün daxili quruluşu necədir, alıcıya hansı tip eynək lazımdır.

 

- Çalışdığınız xəstəxanada oftolmologiyada hansı yeniliklər var?

 

- Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasında diaqnostika üçün ən müasir avadanlıqlar var. Əməkdaşlar öz üzərlərində möhkəm çalışırlar. Dünyada təşkil olunan elmi konfranslarda, treninqlərdə aktiv olaraq iştirak edirik. Əsas məqsəd gənclərə yol açmaqdır. Biz çox çətinliklərlə üzləşdik, maneələr çox oldu. Qoy, gənclik inkişaf etsin.

 

 

- Son olaraq, bir həkim kimi Azərbaycanda oftolmologiyanın inkişaf səviyyəsindən razısınızmı?

 

- İnanın, tam səmimiyyətimlə deyirəm ki, bu gün Azərbaycan oftolmologiyası dünya oftolmologiyasının səviyyəsi ilə eynidir.

Ümumiyyətlə, götürəndə sovet dönəmində də bu sahə bizdə kifayət qədər inkişaf etmişdi.

Mərhum Akademik Zərifə Əliyeva Azərbaycan oftolmologiyasında xüsusi bir məktəb yaradaradaq cavan kadrları o dövr üçün bu sahənin daha çox inkişaf etdiyi Moskva şəhərinə yönləndirdi. Birmənalı demək olar ki, bizdə bu sahənin inkişafı Zərifə Əliyevanın adı ilə bağlıdır.

Müasir oftolmologiyanın inkişafında isə Elmar Qasımovun böyük əməyi, zəhməti danılmazdır. O rəhbərlik etdiyi klinikaya qabiliyyətli, savadlı gənc kadrları çağıraraq, təmənnasız şəkildə işlə təmin edir və onların inkişafına yardımçı olur.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İtaliyada 17 127 nəfər koronavirusdan öldü 7 Aprel 2020, 21:03 Türkiyədə koronavirusdan ölənlərin sayı 725-ə çatdı 7 Aprel 2020, 20:52 Norveç Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i tanımır 7 Aprel 2020, 20:33 Şəxsiyyət vəsiqəsinin vaxtı keçən işsizlərə XƏBƏRDARLIQ 7 Aprel 2020, 20:16 Prezident koronavirusa yoluxanları şəxsən müalicə edəcək 7 Aprel 2020, 20:03 Bu ölkədə koronavirusdan bir gündə 403 nəfər öldü 7 Aprel 2020, 19:59 Gömrükçülər aztəminatlı ailələrə ərzaq yardımı etdilər 7 Aprel 2020, 19:52 Nazirlik “Virtual məktəb”ə qoşulan şagirdlərin sayını açıqladı 7 Aprel 2020, 19:35 Dövlət Komitəsi Gəncədə yandırılan qadını nəzarətə götürdü 7 Aprel 2020, 19:28 Komitə müəllimindən hamilə qalan şagird barədə açıqlama YAYDI 7 Aprel 2020, 19:23 Dünyanın ən varlı adamının adı AÇIQLANDI 7 Aprel 2020, 19:18 Siyavuş Novruzov: “Əfv sərəncamı Prezidentin vətəndaşlarına yüksək dəyər verməsinin daha bir ifadəsidir” 7 Aprel 2020, 19:00 Güclü külək Goranboyda fəlakət yaratdı - FOTO 7 Aprel 2020, 18:56 Həmrəy olaq, koronavirusa birlikdə qalib gələk! 7 Aprel 2020, 18:55 İqtisadiyyat Nazirliyindən maska istehsalı ilə bağlı AÇIQLAMA 7 Aprel 2020, 18:42 Nazirlik fərdi sahibkarlar üçün DSMF-yə ödəmələri yüngülləşdirə bilər 7 Aprel 2020, 18:41 Əfv olunan şəxslər istirahət mərkəzinə yerləşdirildi- RƏSMİ 7 Aprel 2020, 18:34 Azərenerjidən “Biz sizin üçün işləyirik. Siz bizim üçün evdə qalın!” videoçarxı 7 Aprel 2020, 18:29 “Nar” şəbəkəsi ölkəni fasiləsiz internetlə təmin edir 7 Aprel 2020, 18:19 Nazir: Birdəfəlik ödəmə üçün müraciət edənlərin 60 faizi haqqı olmayanlardı 7 Aprel 2020, 18:13 İstanbulda yaşayış binasında PARTLAYIŞ 7 Aprel 2020, 18:09 İşsizlikdən sığorta mexanizminin sadələşdirilməsi nəzərdə tutulur - Sahil Babayev 7 Aprel 2020, 18:00 Uşaqlar üçün koronavirus təhlükəsi barədə nağıl - FOTOLAR 7 Aprel 2020, 17:56 İşsiz statusu alanlara birdəfəlik ödəmələr bu tarixdən veriləcək 7 Aprel 2020, 17:50 Koronavirusa görə 6 xəstəxana quraşdırılacaq - SƏRƏNCAM 7 Aprel 2020, 17:44 Koronavirus bu ölkənin mövcudluğuna təhlükədir 7 Aprel 2020, 17:40 İcazə sistemi ilə bağlı 2 yeni funksiya yaradılıb 7 Aprel 2020, 17:34 İTV-nin Aprel döyüşləri haqqında sifariş etdiyi film efirə verilmədi - SƏBƏB 7 Aprel 2020, 17:27 Dolların sabaha olan məzənnəsi 7 Aprel 2020, 17:20 Dünya zənginlərinin yeni siyahısı AÇIQLANDI 7 Aprel 2020, 17:14 “8103”dən gələn SMS-ləri dəyişdirən şəxs həbs edilib 7 Aprel 2020, 17:07 Deputat: “Karantin tədbirləri bir neçə sahənin xüsusi inkişafını zəruri etdi” 7 Aprel 2020, 17:00 Heyvanların koronavirusa yoluxması təhlükəli vəziyyət yaratdı - “Bunu insana rahatlıqla ötürə bilərlər” 7 Aprel 2020, 16:55 Postmodern DURUM   7 Aprel 2020, 16:43 Pensiya və bütün sosial ödənişlər vaxtından əvvəl veriləcək 7 Aprel 2020, 16:36