Modern.az

Qonaq gedən qadın və kişi hamamda çimərkən öldülər

Qonaq gedən qadın və kişi hamamda çimərkən öldülər

Hadisə

21 Fevral 2020, 09:46

Bakıda kişi və qadın dəm qazından zəhərlənərək ölüb.

 

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində qeydə alınıb.

 

1961-ci il təvəllüdlü Natiq Cavadov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Aytən Zeynalova qonaq getdikləri evin hamamında birlikdə çimərkən dəm qazından zəhərlənərək ölüb.

 

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır