Modern.az

MSK daha iki seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi

MSK daha iki seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi

23 Fevral 2020, 20:10

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 118 saylı Ağdam Şəhər Seçki Dairəsindən daxil olan müraciətə baxılıb.


Modern.az xəbər verir ki, müraciət barəsində MSK katibi Arifə Muxtarova məlumat verib. O diqqətə çatdırıb ki, şikayətçi həmin dairədən qeydə alınmış namizəd Musa Ağayevdir.


MSK katibinin sözlərinə görə, müraciət edən namizəd dairə üzrə seçki məntəqələrində qanun pozuntuları olmasını əsas gətirərək, pozulmuş hüquqlarının bərpasını istəyib.


Araşdırma zamanı məlum olub ki, 25 və 33 saylı seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib.


A.Muxtarovanın təklifi, MSK-nın ekpert qrupunun rəyi ilə həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir