Modern.az

Bakıxanovda piyadanı vuran sürücü qaçdı

Bakıxanovda piyadanı vuran sürücü qaçdı

Aktual

25 Fevral 2020, 00:36

Bu gecə paytaxtda daha bir piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Modern.az  “Report”a  istinadən  xəbər verir ki, hadisə Sabunçu rayonunda, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, yolu keçən 2003-cü il təvəllüdlü İbişov Elvin Ağabəy oğlunu minik avtomobili vurub.

17 yaşlı gənci vuran sürücü hadisə yerindən qaçıb.

Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ mil biləyin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü