Modern.az

Elşən Musayevin dairəsində də məntəqələrin nəticəsi ləğv edildi

Elşən Musayevin dairəsində də məntəqələrin nəticəsi ləğv edildi

Aktual

25 Fevral 2020, 17:32

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 110 saylı Zaqatala seçki dairəsindən daxil olan müraciətə baxılıb.

 

Modern.az xəbər verir ki, müraciət haqqında MSK üzvü Baxşeyiş Əsgərov məlumat verib.

 

O qeyd edib ki, həmin dairə üzrə namizədlər Nurlana Cəlil və Fariz Həsənlinin müraciəti əsasında araşdırma aparılıb. Məlum olub ki, dairə üzrə iki seçki məntəqəsində seçicilərin iradəsinin əks etdirməyən məqamlar aşkarlanıb.

MSK üzvü təklif edib ki, dairə üzrə 24 və 26 saylı seçki məntəqələrinin nəticələri etibarsız sayılsın. Qərar MSK-nın ekspert qrupunun rəyi ilə təsdiq olunub.

 

Qeyd edək ki, həmin dairənin lider namizədi Elşən Musayevdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir