Modern.az

Azərbaycana qayıtmaq üçün keçmiş arvadına 13 min manat ödəməli oldu

Azərbaycana qayıtmaq üçün keçmiş arvadına 13 min manat ödəməli oldu

26 Fevral 2020, 09:47

Rusiyanın İrkutsk şəhərində yaşayan azərbaycanlı tarixi vətəninə dönmək üçün keçmiş yoldaşına 500 min rubl (13 min manat) pul ödəməli olub.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu qədər borc vətəndaşın yoldaşı ilə boşnan zaman evlilik zamanı alınan mənzilin könüllü şəkildə satılaraq birgə bölünməsi barədə razılaşmanı pozmasına görə olub.

 

Məhkəmənin qərarını icra etməyə tələsməyən  31 yaşlı gənc Azərbaycana dönməsi üçün hökmü icra etməli olduğunu öyrənib. Buna görə keçmiş yoldaşına mənzilin satışından düşməli olan 500 min rublu ödədikdən sonra o, bilet alaraq Azərbaycana dönüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi