Modern.az

Pakistanda da koronavirus qeydə alındı

Pakistanda da koronavirus qeydə alındı

Dünya

27 Fevral 2020, 00:12

Pakistanda yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Modern.az  xəbər verir ki, bunu Pakistanın Sind əyalətinin səhiyyə və sosial inkişaf nazirinin mətbuat katibi Merana Yusuf deyib.

Onun sözlərinə görə, yoluxma halı İrandan ölkəyə qayıdan 22 yaşlı Pakistan vətəndaşında qeydə alınıb.

M.Yusuf qeyd edib ki, yeni növ koronavirusa yoluxan şəxs və onun ailə üzvləri karantinə yerləşdirilib: "Hazırda onun birgə təyyarədə olan bütün şəxslərdən analiz götürülür".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir