Modern.az

Cenevrə Konservatoriyasının ən gənc tələbəsi - 11 yaşlı azərbaycanlı qız...

Cenevrə Konservatoriyasının ən gənc tələbəsi - 11 yaşlı azərbaycanlı qız...

27 Fevral 2020, 17:06

Azərbaycanlı tələbə qız Ləman Seyidova Cenevrə Konservatoriyasının ən gənc tələbəsi olub.

 

Modern.az xəbər verir ki, o buna qədər Bakıda Georgi Şaroyev adına 35 saylı uşaq musiqi məktəbində oxuyub. Amma müsabiqədə iştirak edəndən sonra hər şey dəyişir.

Cenevrə Konservatoriyasının professoru Sergey Milşteynin sözlərinə görə, o, 11 yaşlı Ləmanı ilk dəfə L.N.İqumnov adına müsabiqədə görüb.

 

Sonra Ləman Seyidova Milşteynin yaradıcılıq dərslərinə gəlir və professor onu konservatoriyaya dəvət edir.

“Necəsə oldu ki, mən onun, o da mənim xoşuma gəldi və Ləmanın Cenevrəyə gedərək konservatoriyada oxumaq şansı yarandı”- deyə Milşteyn xatırlayıb.

 

Ləmana musiqi yarışmalarında Azərbaycanı təmsil etmək, musiqi ifa etmək, həm də zövq almaq üçün  iştirak edir. Milşteynin sözlərinə görə, Ləmanın az musiqiçidə rats gəlinən “poetik ruhu” var.

“Əgər o indi inkişaf etdiyi kimi gələcəkdə də inkişaf etsə, musiqi adına çox maraqlı şəxs ola bilər”. Ləman Seyidova gündə fortepianoda 5-6 saat ifa edir və Türkiyə, Avstriya, Almaniya, Rusiya və digər ölkələrdə beynəlxalq müsabiqələrin laureatıdır.   

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!