Modern.az

Həmkəndlilərinin evindən oğurluq edən şəxslər saxlanıldı

Həmkəndlilərinin evindən oğurluq edən şəxslər saxlanıldı

28 Fevral 2020, 11:18

İsmayıllı rayonunun İvanovka kənd sakini bir qadın  DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq ona məxsus evdən özünün olmadığı müddətdə qızıl-zinət əşyaları , pul və müxtəlif medalların oğurlanması barədə məlumat verib.

 

DİN mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, müraciət aidiyyatı üzrə İsmayıllı RPŞ-yə yönləndirilib. Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus evdən 860 manat dəyərində qızıl-zinət əşyalarının, 124 manat pulun və müxtəlif medalların oğurlanması müəyyən edilib.

 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndliləri 22 yaşlı Heydər Rezvanov və 24 yaşlı Nikolay Skokov saxlanılıb. Onlar  törətdikləri cinayət əməlini etiraf ediblər, oğurladıqları qızıl-zinət əşyalarını Göyçay və İsmayıllı rayonlarında qızıl alqı-satqı məntəqələrinə satdıqlarını bildiriblər.

 

Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi