Arxiv
3 mart 2020, 11:06 | ANALİTİKA
Roma Papasını heyrətləndirən siyasət - Vatikan rəhbəri niyə Azərbaycanla fəxr etdiyini deyib?

“Dünyanın bir çox yerlərində gərginlik və münaqişələrin artdığı bir vaxtda Azərbaycan əsl tolerantlıq nümunəsidir”.


Bu sözləri Katolik Kilsəsinin rəhbəri Papa Fransisk fevralın 22-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı deyib. Roma Papası özünün 2016-cı ildə Azərbaycana səfərini xatırladıb və bu səfərdən məmnun qaldığını bildirib.  Prezident İlham Əliyev Papa Fransiskin Azərbaycana səfərini ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib.


Papanın ölkəmizdə dini icmalar arasındakı tolerant münasibətləri yüksək qiymətləndirməsi dinlər arasında münasibətlərin inkişafında xüsusi rol oynayan ölkəmizin bu məsələdə əldə etdiyi böyük uğurların təsdiqi sayıla bilər.

Dünya siyasətinin müəyyən edilməsində böyük nüfuzu ilə seçilən Vatikanın beynəlxalq məsələlərin həlli zamanı mövqeyi həmişə nəzərə alınır. Roma Papasının fəaliyyəti dünyada sülh və dinc birgəyaşayış üçün vacib faktordur.

Vatikan-Azərbaycan əlaqələri artıq 28 ildir ki,  uğurla inkişaf edir.  1992-ci ilin may ayında Azərbaycanın müstəqilliyini tanıyan Vatikan ilk gündən münasibətlərin genişlənməsinə diqqət verib.  Vatikan dövləti ilə Azərbaycanın münasibətləri bu illər ərzində yüksələn xətt üzrə inkişaf edib.

 

2002-ci ildə mərhum prezident Heydər Əliyevin dəvəti ilə Roma Papası İohann Pavelin Azərbaycana səfəri katolik dünyasında geniş rezonans doğurdu. II İohann Pavel Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə bu səfərinin sülhə və xalqlar arasında qarşılıqlı anlaşmaya xidmət edəcəyini deyərək bildirmişdi ki, Azərbaycanın tolerantlıq ruhu ilə  fəxr etməmək qeyri-mümkündür. Papa Qafqazda qanlı qarşıdurmalardan təəssüfləndiyini bəyan edərək, belə münaqişələrdə dinin adından çıxışın yolverilməz olduğunu bəyan etdi. 

 

Azərbaycanda tolerantlıq prinsiplərinin təşəkkülü


Prezident İlham Əliyev Papa ilə görüşdə dedi ki, ölkəmiz bütün dünyada dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəylik hisslərinin bərqərar olmasına çalışır və bu baxımdan dünyaya nümunədir.


Prezident bununla bütün dünyaya bəyan etdiyi tolerantlıq və dinlərarası əməkdaşlıq prioritetlərini xatırlatdı.


Azərbaycanın 2008-ci ildən bəri apardığı, “Bakı prosesi” adlanan mədəni platforma dünyaya  mulkultural əməkdaşlıq inteqrasiya üçün yeni çağırışlarıdır.


Dinlərin qarşılıqlı dialoqunu  Azərbaycanda dövlət siyasətinin tərkib hissəsinə çevirən Prezident İlham Əliyevin bu siyasətinin  mühüm detalı tolerantlıq, multkulturalizmdir.  


Azərbaycanın dünya dövlətlərinə təqdim etdiyi bu model xalqların dostluq və mehriban şəraitdə birgəyaşamasını təmin edən mükəmməl modeldir və vətəndaş cəmiyyətinin əsas əxlaqi prinsipi kimi çıxış edir.  


Azərbaycan hakimiyyəti bütün dinlərin sülh şəraitində yaşaması üçün hər cür şərait yaradıb.  Aparılan siyasət dünya çapında böyük maraqla qarşılanıb və nüfuzlu dini liderlər tərəfindən xeyir-dua alıb. Dini zəmində qarşıdurmalardan əzab çəkən, müxtəlif maraqlı güclərin əlində siyasi təzyiq vasitəsi olan, radikal dini təməlçiliyin qurbanına çevrilimiş dövlətlər bu tolerantlıq nümunəsinə çıxış yolu kimi baxırlar.

 

Dinlərarası dialoqun dəstəklənməsində Qafqaz Müsəlmanları İdarəsinin və onun sədri Allahşükür Paşazadənin də danılmaz əməyi var. Bu istiqamətdə geniş fəaliyyət göstərən QMİ  cəmiyyətdə dözümlülüyün təbliğ edilməsində böyük rol oynayır.  Prezidentin elan etdiyi prinsiplərin  təbliğində  mühüm rıçaq olan QMİ-nin dinlərarası dialoq və dini tolerantlığın inkişafı sahəsində fəaliyyəti geniş və çoxcəhətlidir.


Bu baxımdan Vatikanla qurulmuş əlaqələr müsəlman və xristian dünyasının birgə yaşam prinsiplərinin təqdimatında əhəmiyyətli həlqəni təşkil edir.


QMİ-nin Vatikanla ilk təmasları 1990-cı ilə gedib çıxır.


1990-cı ilin yanvarında - qanlı qırğından cəmi bir neçə gün sonra Roma Papası II İohann Pavelin xüsusi tapşırığına əsasən, Moskvaya ezam olunmuş İtaliyanın məşhur «Reppublika» qəzetinin əməkdaşı Etsio Mauro Şeyxülislam Allahşükür Paşazadə ilə telefon əlaqəsi yaradaraq, Bakıda baş verənlərdən xəbərdar oldu. Roma Papasının xalqımızın  o ağır günündə informasiya blokadasının yarılmasında göstərdiyi dəstək münasibətlərin yaranmasında ilk cığır sayıla bilər.

 

2004-cü ildə Roma Papası II İohann Pavelin dəvəti ilə Vatikana səfər edən Şeyxülislam Allahşükür Paşazadə ikitərəfli danışıqlar zamanı bir sıra məsələləri müzakirə etmişdi. II İohann Pavel  A.Paşazadəyə göndərdiyi məktubunda QMİ sədrinin dinlərarası əməkdaşlıq mövqeyini təqdir edərək ona yazmışdı ki, “müxtəlif dinlərin nümayəndələri tərəfindən sizə bəslənən xoş münasibətlərlə fəxr etməyə haqqınız var”.

 

QMİ bu illərdə müxtəlif dinlərin nümayəndələri ilə keçirdiyi görüşlərdə, müxtəlif beynəlxaq konfranslarda Azərbaycanın multkultural dəyərlərinin təbliği üçün ciddi iş apara bilib.  QMİ-nin təşkilatçılığı ilə son iki ildə Almaniyada, İspaniyada, Avstriyada keçirlən mötəbər toplantılarda səmavi dinlərin bütün nüfzulu din xadimləri bir araya gələrək, dünyada sülhün bərqərar olması üçün birgə dua ediblər.  Bu konfranslarda qarşılıqlı nifrət və dini zəmində təqiblər pislənib, belə təhlükəli cəhdlərə qarşı tolerantlıq mövqeyini uca səslə bəyan edilməsi istənilib. 


Bakı həmçinin dünyanın dörd bir tərəfindən gəlmiş ruhanilərin görüş yerinə çevrilib. Ötən il Bakıda keçirilmiş Dünya dini liderlərinin ikinci sammiti əməkdaşlıq üçün etibarlı platforma olduğunu bir daha subut etdi. Dünyanın dini liderləri  Azərbaycanda müxtəlif dinlərə mənsub insanların bir yerdə necə rahat yaşadığını, dini konfessiyaların problemsiz fəaliyyət göstərdiyini öz gözləri ilə gördülər.


Bu baxımdan Bakı Sammiti dövlətlə dinin birgə əməkdaşlığının nümayişi üçün meydan oldu.  Dini liderlərin Sammiti beynəlxalq müstəvidə Bakıya olan etimadı nümayiş etdirdi,  uğurlu əməkdaşlıq perspektivlərini ortaya qoymaqla, eyni zamanda  Azərbaycanı dini zorakılıq girdabında çapalayan ölkələrə  tolerant dövlət nümunəsi kimi təqdim etdi. 

Bu model dini və ictimai liderlərdə yaxşı təəssürat yarada bildi. 

Mötəbər konfranslarda, beynəlxalq sammitlərdə  dövlətimizin önəm verdiyi prioritetlərin dünya dini liderləri tərəfindən dəstəklənməsi ölkəmizin öz prioritetlərinin düzgünlüyünə olan əminliyini daha da artırır.  Azərbaycan  müxtəlif dinləri təmsil edən, bir sıra hallarda lüzumsuz mübahisələr aparan ölkələrin qarşısına vahid multkultural və dini çələnglə çıxması dövlətimizin apardığı uğurlu siyasi xəttin parlaq subutu sayıla bilər. Azərbaycan  bununla humanist və ülvi dəyərlərlə söykənən nümunəsini və təcrübəsini dünya ilə bölüşməyə hazır olduğunu bir daha bəyan edir.  

Bakı Sammitinin Bəyannaməsində ən mühüm məqamlardan biri də səmavi dinlərin hər hansı birinin adından törədilən qanlı cinayətləri birgə pislənməsi idi. Sammit iştirakçıları  dövlətləri, Birləşmiş Millətlər Təşkilatını, digər beynəlxalq və regional və ictimai təşkilatları, dini liderləri din adından törədilən hər hansı terror aktını bütün dinlərə qarşı törədilmiş terror aktı kimi qiymətləndirməyə çağırdılar.

 
Bu gün dünyada Azərbaycanın din-dövlət münasibətlərinin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli- mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına verdiyi töhfələr etiraf olunur və dəstəklənir.

Bunu dövlət və dini cameənin birgə apardığı işin məntiqi nəticəsi hesab etmək olar.

Azərbaycan bu yöndə yürütdüyü ardıcıl siyasəti ilə Amerika qitəsindən tutmuş  Afrikaya, Yaxın Şərqdən Asiyaya, MDB-yə  qədər ölkələri əhatə edən dövlətlərin nufuzu din xadimlərinin, ictimai və siyasi liderlərinin  çox  unikal  bir mövqeyini - etnik-dini zəmində olan qanlı münaqişələrə, tolerantlığa, birgəyaşayışa səmavi dinlərin vahid mövqeyini ifadə etməklə dünyanı  təəccübləndirə bilib. 

Bunun qaynağı isə “evin içindən” gəlir: Azərbaycan cəmiyyətinin yüzillər boyu formalaşmış birgəyaşayış prinsipləri bu siyasətə güc verir və onun cahan üçün birgə, etibarlı, təhlükəsiz yaşamaq modeli kimi təqdimatında həlledici rolunu oynayır.


Emin Abbasov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident küçələrdən siqaret kötükləri topladı 20 Sentyabr 2020, 00:59 İsveçrə ATƏT-in sədrliyi postuna namizəd irəli sürməyib 20 Sentyabr 2020, 00:43 Trampa qarşı qəsdin qarşısı alındı 20 Sentyabr 2020, 00:26 “Əsrin müqaviləsi”nin 26 ili tamamlandı 20 Sentyabr 2020, 00:09 Qubada polis postu quruldu 19 Sentyabr 2020, 23:58 6 futbol hakimi koronavirusa yoluxdu 19 Sentyabr 2020, 23:42 Əfqanıstanda terror: 1 ölü, 5 yaralı 19 Sentyabr 2020, 23:31 Bakıda kürəkən qaynanasını avtomobillə vurdu 19 Sentyabr 2020, 23:17 Bombardmançı təyyarə dünya rekordu qırdı 19 Sentyabr 2020, 23:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 390 358 nəfərə çatıb 19 Sentyabr 2020, 22:47 FETÖ ilə əməkdaşlıqda şübhəli bilinənlər saxlanıldı 19 Sentyabr 2020, 22:33 “Sumqayıt” lider oldu 19 Sentyabr 2020, 22:17 Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO 19 Sentyabr 2020, 22:01 Gəncədə gənc oğlan bıçaqlanıb 19 Sentyabr 2020, 21:44 BDU professorun universitetə buraxılmamasının SƏBƏBİNİ AÇIQLADI 19 Sentyabr 2020, 21:30 Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb  19 Sentyabr 2020, 21:17 Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib 19 Sentyabr 2020, 20:58 “Bu işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir” - Tural Gəncəliyev 19 Sentyabr 2020, 20:45 Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb 19 Sentyabr 2020, 20:31 “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” - İlham Əliyev 19 Sentyabr 2020, 20:18 Yol qəzası mərkəzi prospektdə tıxac yaratdı 19 Sentyabr 2020, 20:01 Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13