Modern.az

Astroloq: “Ayın 13-ü, cümə gününün müsəlmanlara təhlükəsi yoxdur”  

Astroloq: “Ayın 13-ü, cümə gününün müsəlmanlara təhlükəsi yoxdur”  

13 Mart 2020, 17:33

Avropa xalqlarında belə bir inanc var ki, cümə günü ayın 13-nə düşəndə uğursuz olur. Kimlər üçün bu gün uğursuzdur? Bu inanc nə dərəcədə doğrudur?  

 

Tanınmış astroloq, "Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli  Modern.az-a bu barədə açıqlama verib.

 Onun  fikrincə,13 sadəcə, rəqəm və ölçü vahididir. Bu tarixin insanın başına gələnlərlə heç bir əlaqəsi yoxdur.

 

“Ümumiyyətlə, mənim düşüncəmə görə, rəqəm ölçü vahididir. Nəyisə ölçmək, hesablamaq üçün rəqəmlərdən istifadə olunur. Rəqəmsiz dünya yoxdur. Lakin rəqəmin özünün neçə olması insanın başına gələn hadisələrlə heç bir əlaqəsi yoxdur”.

 

Səbuhi Rəhimli 13 rəqəmi ilə bağlı olan heç bir fikirləri qəbul etmir.

“13 rəqəminə gəlincə isə o xristian inancındadır. Guya 13 rəqəmi uğursuzluq gətirir. Amerikada və digər ölkələrdə də 13 rəqəmi bəzi yerlərdə yazılmır. Məsələn, 12-ci mərtəbədən sonra 13 yox 14-cü mərtəbə gəlir. Yaxud Polşada və Niderlandda evdə əgər 13 qonaq varsa, ora mütləq əlavə stol, üstünədə də heykəl və ya kukla qoyurlar ki, guya evdə 14 nəfər var. Bundan başqa, deyirlər ki, göy sferasında 12 mələk var, 13-cü iblisdir. Paralel olaraq, rəqəmin uğursuzluğu İsa Məsihin həvariləri ilə də bağlıdır. İuda adlı həvarisi onu satır. Bunu 13-cü həvari olduğuna bağlayırlar”.

 

Onun sözlərinə görə, bu cür fikirlər təxmini inanclar yaranıb və bu getdikcə şüurlara hopub.

 

“Hətta bir dəfə İngiltərə müstəmləkə krallığı bu inancı məhv etmək üçün 2 gəmi hərəsində 80 nəfərlik döyüşçünü məhz ayın 13-də cümə günündə yola salıb. Necə olubsa, o, gəmilər batıb və yox olub. Bundan sonra isə artıq krallıqda bununla bağlı heç nə deyə bilməyib”.

 

Səbuhi Rəhimli onu da qeyd edir ki, ayın 13-nün cümə gününə düşməsi  inancının müsəlmanlara aidiyyatı yoxdur.

 

“Cümə günü müsəlmanların günüdür və xaçlılar yürüş edən zaman cümə gününü qəbul etməyiblər. Yəhudilərdə şənbə, xristianlarda bazar, müsəlmanlarda isə cümə günü əsas gün olub. Birinci nifrət də elə ondan yaranıb ki, xristianlara görə, cümə günü yaxşı gün deyil. Məhz Konstantinopolun fəthi də cümə gününə düşüb və rəqəmlərin numeroloji hesabı da 13 olub. Bunlara görə də belə bir inanc ortaya qoyulub ki, 13 rəqəmi uğursuz bir rəqəmdir. Amma bu günün müsəlmanlara aidiyyatı yoxdur”.

 

Astroloq 13 rəqəmi ilə bağlı fikirləri qəbul etmir və bütün bunları batil inanc sayır.

 

Səkinə ƏLƏKBƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir