Arxiv
14 mart 2020, 11:15 | ƏDƏBİYYAT
İnformasiya silahdır, onunla ehtiyatlı davranmaq lazımdır

Xeybər GÖYYALLI
             

Son onillikdə bütün dünya qrip virusunun həyəcan və qorxusu altında yaşayır. Dürlü-dürlü qrip adları  meydana çıxıb: quş qripi, donuz qripi, ebola qripi və s.                                                         

Son günlər isə dünya informasiya vasitələrində daha dəhşətli bir kabus dolanır. Çində yaranmış , adına koronavirus deyilən qrip dünya informasiya vasitələrinin gündəmini zəbt edib. İlk baxışda öldürücü xəstəliyin gündəm olması təbiidir, əslində, belə də olmalıdır. Maarifləndirmə, təbliğat və xəstəliyə qarşı  profilaktik tədbirlər barədə informasiyaların tirajlanması kütləvi informasiya vasitələrinin dəyişilməz missiyasıdır. Tarixən belə olub və belə də olacaqdır. Amma  bir “əmması” var. “Əmması” odur ki, gündəmi zəbt etmiş mövzunun özü  öldürücü virusdan daha çox insanları öldürür. Texnologiyanın sürətli inkişafı sayəsində qloballaşan dünyamızda informasiya işıq sürəti ilə yayılır. İnternet erasını yaşayan dünyada artıq hər bir fərdin (əslində, yazmaq fərdə yox, şəxsə məxsus olmalıdır) informasiya yazmaq və yaymaq imkanı mövcuddur. Özlüyündə bu yaxşı haldır, hər kəs bilgisini yayır. Bunun da yenə bir “əmması” var. Bir ağıllının və yaxud  bir dəlinin  ağına-bozuna baxmadan, informasiyanın”yükünü”, yaradacağı fəsad və fəlakətləri göz altına almadan , sanki bir “ilkə” imza atırmış kimi eşitdiyi hansısa bir məlumatı tələm-tələsik, heç bir mənbəyə istinad etmədən, yoxlamadan  yazması və yayması insanlar üçün ciddi problemlərin yaranmasına səbəb olur. Bu günlərdə Çində yaranmış qrip  barəsində internet resurslarında xəstəliyin özündən də öldürücü olan “informasiya virusları” yayılır. Bu cür informasiyaların məqsədli olaraq yayılması da var və bu başqa bir söhbətin mövzusudur. Dünyanın bəzi informasiya mənbələrində yayılan, ancaq  heç bir əsası olmayan və  heç bir məntiqə və insanlığa sığmayan qandonduran məlumatları ölkəmizdə fəaliyyət göstərən bir çox  saytlar da tələm-tələsik yaydılar. Bu cür informasiyaları ağına-bozuna baxmadan, tələm-tələsik dərc edənlər yalnız bir məqsəd güdürlər: qabağa mən düşüm, qorxu, həyəcan , vahimə və öz ritorikaları ilə desək, şok effekti  yaradan xəbəri birinci mən yayım. Yəqin, oxucuların əksəri  bu günlərdə qrip virusunun tüğyan etdiyi Çində milyonlarla insanın diri-diri yandırılacağı haqqında yayılmış informasiyanı oxumuşlar. Bu informasiyanı yayan saytlar ən azından peşəkarlıq nümayiş etdirməli və özlərini ”sığortalamalı” idilər. Bunu etmək elə də çətin deyildir. Tutaq ki, tələsdiyinizdən informasiyanın əsassız və məntiqsiz olduğunu saf-çürük etmədiniz, bəs xəbərin mənbəyini niyə göstərmirsiniz? Əslində, bu cür məqamlarda xəbərin linkini belə qeyd etmək vacibdir. Əks təqdirdə, oxucunun tam ixtiyarı var ki, informasiyanın konkret bir sayt tərəfindən yalandan yazıldığı qənaətinə gəlsin.

  
Tarixdən bilirik ki, bəşər övladı saysız-hesabsız epidemiya və pandemiyaların şahidi olub. Tarix dəhşətli taun, cüzam və s.epidemiyalarının  şahidi olub. Hələ tibbin  indiki səviyyəsi ilə müqayisəolunmaz dərəcədə geridə qaldığı dövrlərində taun və cüzama yoluxmuş topluma qarşı  kütləvi yandırma və digər kütləvi qırğınlar həyata keçirilməyib. Epidemiyaları xatırlamışkən, taunla bağlı bir mühakiməni diqqətə çatdırmaq bu məqamda yerinə düşərdi. Həmin dialoqda  taundan soruşulur: sən deyirdin 50 min adam öldürəcəksən, axı ölənlərin sayı çox oldu. Taun deyir:ki, mən dediyim kimi etdim, 50 min öldürdüm, 5 yüz min isə qorxudan öldü. İnformasiya bax budur, taununun yox, qorxunun öldürdüyü. Müdriklərdən kimsə haqlı olaraq buyurub: ”Təhlükə qorxusu təhlükənin özündən on min dəfə qorxuludur”.

   
Tam əminliklə demək olar ki, Çində tüğyan edən qripin də qarşısı tezliklə alınacaqdır. Belə deməyə müasir tibbin sürətli inkişafı ciddi əsas verir. Ancaq ciddi yanaşmalı daha bir mühüm məsələ var. Bu da informasiyaya olan münasibətdir. İnformasiya adi bir şey deyil. İnformasiya idarəetmədir, özü də sosioloji və psixoloji idarəetmədir. İnformasiya silahdır. Silahla da zarafat edilməz. İnsan canı-qanı, ruhuyla informasiyaya bağlıdır. Lap Nuh əyyamından belədir. Hər  formasiyanın özünəməxsus informasiyası olub. İnsan həmişə informasiya ilə yaşayıb və idarə olunub. Yazılan və yayılan informasiya insan beynində həkk olunur,  əks-səda  yaradır, xoş xəbər sevinc və xoş əhval-ruhiyyə yaratdığı kimi, bəd xəbər də qorxu, həyəcan, vahimə və stressin yaranmasına səbəb olur. İnsan xoşbəxtliyi və bədbəxtliyinin açarı informasiyadadır.


İnformasiya ilə işləyənlər, onu cəmiyyətə çatdıranlar son dərəcə həssas olmalıdırlar. Təsadüfi deyil ki,  kütləvi informasiya vasitələri (media) müasir idarəetmənin  sütunlarından biri kimi dəyərləndirilir.   

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fransada 292 nəfər koronavirusdan öldü 30 mart 2020, 00:56 Gürcüstanda 91 nəfər koronavirusa yoluxub 30 mart 2020, 00:44 Azərbaycan futzalına ağır itki 30 mart 2020, 00:29 Bakıda restoran yandı 30 mart 2020, 00:14 Bu futbolçular maaşlarını əvvəlki kimi alacaq 29 mart 2020, 23:54 Qənirə Paşayeva 200-dən çox ailəyə tibbi-gigiyenik vasitələr göndərəcək 29 mart 2020, 23:37 ABŞ-dan Çinə qarşı 20 trilyonluq bioloji silah ittihamı 29 mart 2020, 23:31 Bir gündə daha 756 italiyalı koronavirusdan öldü 29 mart 2020, 23:15 Koronavirus sürətlə yayılır - Yoluxanların sayı 700 mini ötdü 29 mart 2020, 22:50 Abituriyentlərə şad xəbər: Bu imtahanlar pulsuz oldu - SİYAHI 29 mart 2020, 22:37 İranda koronavirusun müalicəsi üçün bitki tərkibli dərman sınaqdan keçirilir 29 mart 2020, 22:20 Fransada koronavirusa yoluxan azərbaycanlı sağalıb 29 mart 2020, 22:04 Sumqayıtda 20 ictimai köməkçi cəlb ediləcək 29 mart 2020, 21:47 Bakıda şəxsi avtomobillərin hərəkətinə qadağa qoyulmayıb - Vaqif Əsədov 29 mart 2020, 21:42 Üç avtobusun hərəkət sxemində dəyişiklik edilib 29 mart 2020, 21:29 Ailəsində 3 koronaviruslu xəstəni sağaldan həmyerlimiz 29 mart 2020, 21:18 Azərbaycanın Türkiyədəki səfirliyi gücləndirilmiş iş rejiminə keçib 29 mart 2020, 20:47 Fonda 93 milyon 157 min 335 manat toplandı 29 mart 2020, 20:37 Türkiyədə koronavirusdan ölənlərin sayı 131-ə çatdı: 9217 yoluxma var 29 mart 2020, 20:26 Eldar Quliyev Bilgəh və Maştağada 12 ailəyə baş çəkib -FOTO 29 mart 2020, 20:20 Daşınmaz əmlakın qeydiyyatı xüsusi rejimdə aparılacaq 29 mart 2020, 20:14 Tibbi təxliyə edən təyyarə qəzaya uğradı: 8 ölü 29 mart 2020, 20:00 Koronavirus dünya çempionunun karyerasına son qoydu 29 mart 2020, 19:02 “Bəzi universitetlər tələbələrlə bağlı özbaşına qərar çıxarıb” - ETİRAZ 29 mart 2020, 18:27 Dövlət Komitəsi Bərdədə arvadını öldürən ərin işini nəzarətə götürdü 29 mart 2020, 18:19 Koronavirusdan ölənlərin sayı 32 mini keçdi 29 mart 2020, 17:47 İspaniyada daha 546 şəxs virusdan öldü - Hökumət karantin rejimini sərtləşdirdi 29 mart 2020, 17:37 Azərbaycanda daha 27 şəxsdə koronavirus AŞKARLANDI 29 mart 2020, 17:22 Bakıda bəzi yeraltı keçidlərdə hərəkət məhdudlaşdırılıb 29 mart 2020, 17:15 Bibiheybət yolu bağlandı 29 mart 2020, 17:08 “Parisdə küçəyə hər dəfə çıxanda polisə izahat veririk” - Azərbaycanlı yazıçı 29 mart 2020, 17:02 Generallar Elçin Quliyev və Kəmaləddin Heydərov karantin bölgəsində - FOTOLAR 29 mart 2020, 16:57 Köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya olunur 29 mart 2020, 16:53 Komitə sədri Milli Məclisin videokonfransından DANIŞDI 29 mart 2020, 16:40 Polşadan gəlib Lerikdə karantinə alınan diaspor rəhbəri: “Hələlik test olunmamışıq” 29 mart 2020, 16:34