Modern.az

Mərkəzi Bank “Skype” vasitəsilə videoqəbul təşkil edib

Mərkəzi Bank “Skype” vasitəsilə videoqəbul təşkil edib

17 Mart 2020, 14:33

Baş Nazir mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və dövlət qurumlarına ünvanlanmış məktubunda koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə 16 martda verilmiş tapşırıqlar nəzərə alınmaqla Azərbaycan Respublikasının Mərkəzi Bankında vətəndaşların müraciətlərinin qəbulu rejiminə müvafiq dəyişikliklərin tətbiqinə başlanılıb.

 

Bu barədə Modern.az-a Mərkəzi Bnakın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev məlumat verib.

 

N.Əliyev qeyd edib ki, inzibati binalarda vətəndaşların qrup və fərdi surətdə qəbullarının müvəqqəti təxirə salınması ilə əlaqədar Mərkəzi Bankda fəaliyyət göstərən qaynar xəttin iş rejimi gücləndirilib:

 

“Operatorların sayı artırılıb, iş günlərində qaynar xəttin fasiləsiz iş qrafiki təmin edilib, “Skype” proqramı vasitəsilə onlayn rejimində videoqəbul təşkil olunub”.

 

Bununla əlaqədar qurum rəsmisi vətəndaşlardan aşağıdakıları nəzərə almalarını xahiş edib:

 

“Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yazılı qaydada poçt, elektron qaydada isə “Elektron müraciətlər sistemi” (//contact.e-cbar.az/) vasitəsilə həyata keçirilir.


Yazılı müraciətlər Mərkəzi Bankda quraşdırılmış məktublar qutusuna atıla bilər. Müraciətlərin qəbulu və onların icra vəziyyəti ilə bağlı vətəndaşların məlumatlandırılması +99412 493-50-58 qaynar xətt və +99412 493-11-22 telefon nömrəsi vasitəsi ilə həyata keçirilir.
Vətəndaşların “Skype” proqramı üzərindən [email protected] elektron ünvana zəng etməklə videoqəbulu həyata keçirilir.
Yuxarıda qeyd edilən məsələlərlə bağlı çətinliklər yarandığı təqdirdə +99412 493-50-58 qaynar xətlə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur”.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub