Arxiv
20 mart 2020, 17:32 | DİASPOR
Diaspor nümayəndələri: Avropadakı azərbaycanlı tələbələr çox narahatdır

Dünya üzrə indiyədə kornavirusa 246 min 275 nəfər yoluxub. Asiyada formalaşan pandemiya sürətlə Avropa ölkələrinə inteqrasiya edib.

 

Maraqlıdır, Azərbaycandan kənarda yaşayan vətəndaşlarımızın hazırda ümumi vəziyyəti necədir? Təxliyyə olunmaq üçün müraciət edilirmi?

 

Fransadakı mövcud durumla bağlı Modern.az-a danışan Fransada Azərbaycanlıların Koordinasiya Şurasının üzvü Toğrul Zeynalov deyir ki, burda azərbaycanlı tələbələr hazırki vəziyyətdən çox narahatdır:

“Bütün Fransa karantin vəziyyətindədir. Getdikcə bu hal daha da geniş tətbiq edilir. Bəzi şəhərlərdə dezinfeksiya işləri gedəcək deyə, hətta evlərin pəncərəsini belə açmağa imkan vermirlər. Səfirliyin konsulluq şöbəsinə azərbaycanlı tələbələrin təxliyyə edilməsi ilə bağlı müraciətlər daxil olur. Bizə müraciət bəzi tələbələrimiz mövcud durumla əlaqədar çox narahatdır. Tələbələrin əksəriyyəti qeydiyyata düşmək istəyirdilər. Bütün tələbələrin əlaqə vasitələri, ünvanlarını götürmüşük ki,  təcili vəziyyətdə əlaqə qura bilək. Nantes şəhərində bizim Qarabağ məktəbimiz var, hər il Novruz bayramında orda tədbirlər keçirirdik. Amma hazırki durumda bu qeyri-mümkündür. Sadəcə telefon vasitəsi ilə bayram təbriki edib, hal-əhval tutmalı olduq”.

 

Barselonadakı Azərbaycan Cəmiyyətinin sədri Kərim Kərimov İspaniyada yaşayan azərbaycanlılarda virusa yoluxma halının olmadığını bildirərək, təxliyyə üçün ardıcıl olaraq müraciətlərin daxil olduğunu deyib:

“İspaniyada ölənlərin sayı 1,002-ə çatıb. Yalnız ötən gün ərzində 235 nəfər virus səbəbi ilə dünyasını dəyişib.  Ölkənin Səhiyyə Nazirliyinin son statistikasına görə ölkə daxilində 19 980 nəfər Covid-19 virusuna yoluxub. Epidemiya hallarının üçdə birindən çoxu Madriddədir. Azərbaycanlıların arasında heç bir yoluxma halı qeydə alınmayıb. Təxliyyə məsələsi ilə bağlı hal-hazırda da müraciətlər qəbul olunur. Hər il olduğu kimi bu ildə Novruzla bağlı tədbirimiz olmalıydı. Amma çox təəssüflər olsun ki, mövcud vəziyyətlə əlaqədar insanların bir araya toplaşması, ümumiyyətlə vacib hal olmazsa evdən çıxması belə qadağan olunub. Ona görə ümid edək tezliklə bu günlər arxada qalar və növbəti il Novruz bayramını daha geniş şəkildə qeyd edərik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Pendiri, tülpanı, pivəsi ilə də məşhur azadlıqlar ökəsi - FOTOLAR 11 İyul 2020, 12:27 Azərbaycan Türkiyəyə uçuşların sayını ARTIRDI 11 İyul 2020, 12:22 Bakının bu küçəsində hərəkət dayandırılır 11 İyul 2020, 12:15 Koronavirusa yoluxan jurnalist SAĞALDI 11 İyul 2020, 12:09 İTBAŞI (8-ci bölüm) 11 İyul 2020, 12:02 Ər-Riyaddan çarter reyslə 83 nəfər gətirildi - FOTO 11 İyul 2020, 11:55 Tramp ABŞ-ın NATO-dan çıxmasına münasibət bildirib 11 İyul 2020, 11:49 Nazirliyin gəlirləri kəskin azalıb 11 İyul 2020, 11:42 Kürdə batanlardan birinin meyiti tapıldı 11 İyul 2020, 11:35 Bakıdan bölgələrə sərnişin aparan sürücü və müştəriləri həbs olundu - FOTO 11 İyul 2020, 11:29 Azərbaycan nefti bahalaşdı 11 İyul 2020, 11:22 Sonuncudan əvvəlki - ƏBÜLFƏT MƏDƏTOĞLU YAZIR 11 İyul 2020, 11:15 UNEC-ə əcnəbilərin sənəd qəbulu davam edir 11 İyul 2020, 11:07 Koronaviruslu xəstələr üçün yeni oksigen generatoru işə salındı - FOTO 11 İyul 2020, 11:00 Prezident Cahangir Əsgərovla bağlı sərəncam İMZALADI 11 İyul 2020, 10:53 Parlamentin İctimai birliklər və dini qurumlar komitəsi üzvlərinin əsl ixtisası - Jurnalist, tərcüməçi, iqtisadçı… 11 İyul 2020, 10:45 Türkiyədə müalicə alan deputatdan XƏBƏR VAR 11 İyul 2020, 10:37 Xəzər rayonunda monitorinqlər davam etdirilir - FOTO 11 İyul 2020, 10:30 Azərbaycan nümayəndəsi ÜPİ-də sədr müavini seçildi 11 İyul 2020, 10:22 Başqasının vəsiqəsi ilə sərnişin daşıyan sürücü həbs edildi - FOTO 11 İyul 2020, 10:15 Mal-qara oğurlayan qəssab tutuldu - FOTO 11 İyul 2020, 10:08 Bu ölkədə fövqəladə vəziyyət daha bir ay uzadıldı 11 İyul 2020, 10:00 Koronavirusdan sağalanların immunitetində uzunmüddətli problemlər yaranır 11 İyul 2020, 09:54 Sabirabadda 16 yaşlı qız özünü ağacdan asdı 11 İyul 2020, 09:48 Dünyada bir gündə koronavirusa REKORD yoluxma qeydə alındı 11 İyul 2020, 09:40 Sumqayıtda yataqxanada yandı 11 İyul 2020, 09:34 Aya Sofyada ilk Cümə namazı bu tarixdə qılınacaq 11 İyul 2020, 09:27 Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı MƏLUMAT YAYDI 11 İyul 2020, 09:20 Yeni başçı Nizaməddin Quliyevin kadrını işdən çıxartdı 11 İyul 2020, 09:13 Facebook siyasi reklamı qadağan edir 11 İyul 2020, 09:07 NASA və Yaponiya Ayı birgə tədqiq edəcək 11 İyul 2020, 09:00 Agentlik ittihamlara cavab verdi 11 İyul 2020, 00:53 İsrail kosmosa yeni peyk buraxdı 11 İyul 2020, 00:37 Prezident Bakı Nəqliyyat Agentliyinin səlahiyyətlərini artırdı 11 İyul 2020, 00:26 Dərslərin başlanacağı tarix açıqlandı 11 İyul 2020, 00:23