Modern.az

Türkiyədə koronavirusdan ölənlərin sayı 59-a çatıb

Türkiyədə koronavirusdan ölənlərin sayı 59-a çatıb

26 Mart 2020, 01:35

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı 59 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində açıqlamasında bildirib.

 

Nazir qeyd edib ki, son gün ərzində 15 koronaviruslu xəstə ölüb və 5035 şübhəli koronavirus testindən keçib, onlardan 561-nin cavabı pozitiv çıxıb.

 

Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 2433-ə çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq