Modern.az

Binəqədi qəsəbəsində aztəminatlı şəxslərə yardım edildi - FOTO

Binəqədi qəsəbəsində aztəminatlı şəxslərə yardım edildi - FOTO

Aktual

26 Mart 2020, 20:14

Missiya.az saytının təşkil etdiyi yardım aksiyası Binəqədi Qəsəbə Bələdiyyəsinin təşəbbüsü ilə rayon ərazisində davam etdirilib.

Modern.az  xəbər verir ki, kampaniyanın üçüncü günündə qəsəbə Bələdiyyəsində əlil və aztəminatlı şəxslərə müxtəlif dezinfeksiya məhlulları və gigiyenik vasitələr paylanılıb.

Saytın əməkdaşları və qəsəbə Bələdiyyəsinin rəhbərliyi sakinlərlə maarifləndirici söhbətlər aparıblar. Sakinlərə virusdan qorunmaq üçün dövlətin tətbiq etdiyi qaydalara əməl etmələri tövsiyyə olunub.

Yardım aksiyası koronavirusla mübarizə çərçivəsində təşkil olunan #evdəqal kampaniyasına dəstək məqsədilə həyata keçirilir.

Yardım aksiyasının üçüncü gününü əks etdirən fotoları təqdim edirik:

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır