Arxiv
26 mart 2020, 21:37 | DÜNYA
“Böyük iyirmilər” virusu ümumi düşmən ELAN ETDİ

G20-lərin (“böyük iyirmilər”) toplantısı tarixdə ilk dəfə olaraq onlayn rejimdə keçirildi. Onlayn rejimdə keçirilən sammitə şərti olaraq Səudiyyə Ərəbistanı başçılıq edirdi. Çünki, sammit əvvəlcədən planlaşdırıldığı kimi canlı keçirilsəydi, dövlət başçıları Səudiyyə Ərəbistanında toplanmalı idilər. Bəlkə də belə yaxşıdır, ümumiyyətlə gələcəkdə də sammitlərin virtual keçirilməsi ənənəyə çevrilə bilər. Liderlər səfərlərə və görüşlərə günlərini sərf etməkdənsə bunların hamısını yerlərindən qalxmadan həyata keçirə bilərlər. Sammitdən kənar ikitərəfli görüşləri də onlayn keçirmək olar. Məsələni sammit başlamadan öncə Rusiya və Fransa prezidentləri onlayn rejimdə fikir mübadiləsi aparıblar.

Sammitin əsas mövzusu gözlənildiyi kimi koronavirus olub. Başqa mövzular zatən yoxdur. Koronavirus bütün mövzuları gündəmdən çıxardıb. Böyük dövlətlər nə müharibələri, nə də neftin qiymətlərinin enməsini müzakirə edirlər. Buna ehtiyac da yoxdur. Koronavirus olan yerdə müharibələr, enerji qiymətləri mövzuları arxa plana keçib. Halbuki, hələ bir neçə gün əvvəl beynəlxalq aləmin mövzuları bunlar idi: Rusiya ilə Səudiyyə Ərəbistanı arasında neft qiymətləri ilə bağlı mübarizəsi, Liviya və Suriyada davam edən müharibələr, Amerikanın yeni Yaxın Şərq planı və buna Fələstinin və digər müsəlman ölkələrinin etirazı və s. Koronavirus var olduğu müddətdə bu mövzuların müzakirəsi aktual deyil. Çünki bu mövzularda adı keçən dövlətlərin özləri də insanlarını itirməmək üçün koronavirusla savaşırlar.

Müharibədə vuruşan tərəflər özlərini qarşı tərəfin raket və top atəşindən qorumaq əvəzinə gözügörünməz düşməndən – koronavirusdan qorumağa çalışırlar. Bu virus sərhəd və tərəf tanımır, hamını hədəf götürür. Ona görə də ən azı mart ayı ərzində dünyanın müxtəlif ölkələrindəki toqquşmalar özlüyündən ya dayanıb, ya da şiddəti azalıb.

Böyük dövlətlər onlayn sammitdə qərara gəliblər ki, koronavirusla mübarizədə fəaliyyətlərini birləşdirsinlər. Həqiqətən hər dövlətin elmi mütəxəssislərinin virusa qarşı birgə çalışmalarının aktuallğı artıb. Virusa qarşı dərmanın formalaşacaq beynəlxalq komanda tərəfindən icadı hamı üçün faydalı olar. Digər tərəfdən, onlayn sammitdə qərara alınıb ki, qlobal iqtisadi böhrandan qurtulmaq üçün dünya iqtisadiyyatına 5 trilyon dollar yatırım qoyulmalıdır. Böyük dövlətlər tibbi ləvazimatların istehsalına diqqəti artıracaqlar. Bu məqsədlə böyük dövlətlərin səhiyyə nazirləri aprel ayında bir araya gələcəklər.

Böyük dövlətlər qərarlarını verdilər. Bəşəriyyət böyük təhlükə qarşısındadır. Ona görə də keçmişdəki toplantılarda verilən qərarlardan fərqli olaraq bu dəfəki qərarların icrası vacibdir. Hazırda böyük dövlətlər qarşısında iki böyük vəzifə dayanır. Birinci vəzifə virusa qarşı mübarizə tədbirlərini əlaqələndirmək və gücləndirmək, ikinci vəzifə isə ağır yara alan dünya iqtisadiyyatını əvvəlki axarına qaytarmaq olmalıdır. Odur ki, virusla mübarizədən kənar mövzularda didişməyə və fikir ayrılıqlarını dərinləşdirməyə zaman yoxdur.


“Atlas” Araşdırmalar Mərkəzi

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident karantin rejimini pozdu - FOTO 4 İyun 2020, 01:01 “Yoluxmaların artması həftə sonu sərt karantin rejiminin tətbiqini zəruri edir” - Rəşad Mahmudov 4 İyun 2020, 00:47 Cəlilabadda qohumu 44 yaşlı qadını döydü 4 İyun 2020, 00:33 Təhsil Nazirliyi saxlanılan tələbələrin görüntülərini yaydı - VİDEO 4 İyun 2020, 00:26 “Keşikçidağ”da təxribat törədiləcəyi barədə məlumatlar əldə olunub” - DSX 4 İyun 2020, 00:11 Azərbaycanda zəlzələ oldu 3 İyun 2020, 23:56 Fransada COVİD-19 qurbanlarının sayı 30 minə çatdı 3 İyun 2020, 23:45 İqbal Ağazadədən Şuşa ilə bağlı VİDEOMÜRACİƏT 3 İyun 2020, 23:29 Tramp tibbi müayinədən keçdi 3 İyun 2020, 23:14 Aeroport yolunda avtobus partladı - VİDEO 3 İyun 2020, 23:01 Komendant saatının vaxtı uzadıldı 3 İyun 2020, 22:47 Kompüterin bakılı çempion üzərində qələbəsi - VİDEO 3 İyun 2020, 22:34 Qaxa dolu yağdı 3 İyun 2020, 22:20 Qazaxıstan tədricən latın əlifbasına keçir 3 İyun 2020, 22:08 Türkiyədə koronavirusdan ölənlərin sayı 4 609-a çatıb 3 İyun 2020, 21:57 Əhliman Əmiraslanov Saatlıda seçiciləri qəbul edib - FOTO 3 İyun 2020, 21:45 Başına 1 milyon pul qoyulan terrorçu Türkiyədə yaxalandı 3 İyun 2020, 21:33 “Avropa Şurası anti-Azərbaycan mövqedədir” - İlham Əliyev 3 İyun 2020, 21:24 Prezident İlham Əliyev Ağdamda hərbi hissədə olub - YENİLƏNİB 3 İyun 2020, 21:09 Belarus hökuməti istefaya göndərildi 3 İyun 2020, 20:57 “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək” - İlham Əliyev 3 İyun 2020, 20:44 “Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb” - Prezident 3 İyun 2020, 20:35 Qadağalar bəzi kəndləri də əhatə edəcək   3 İyun 2020, 20:24 Neftçalada ağır qəza: xəsarət alanlar var 3 İyun 2020, 20:10 Operativ Qərargah mətbuata da məhdudiyyət qoyacaq 3 İyun 2020, 20:06 Sərhədlər nə vaxt açılacaq? - Operativ Qərargah AÇIQLADI 3 İyun 2020, 19:59 İmtahanların vaxtı dəyişdirilə bilər 3 İyun 2020, 19:57 Azərbaycanda işsizlərə yenidən 190 manat verilə bilər 3 İyun 2020, 19:53 Dövlət qurumlarında çalışanlar 3 növbədə işdən buraxılacaq 3 İyun 2020, 19:51 Qaydalara əməl edilmədikcə, sərtləşdirmə davam edəcək - İbrahim Məmmədov 3 İyun 2020, 19:46 Baş Nazir sabah qərar verəcək 3 İyun 2020, 19:42 Kifayət qədər maska ehtiyatımız var - RƏSMİ 3 İyun 2020, 19:38 Metroda xuliqanlıq edən 5 nəfərə cinayət işi AÇILDI 3 İyun 2020, 19:37 Test nəticəsi pozitiv çıxanlar xəstəxanalara yerləşdirilir - TƏBİB sədri 3 İyun 2020, 19:36 Karantin rejimində yeni QADAĞALAR - SMS icazə geri qayıdır 3 İyun 2020, 19:32