Bu gün Cənubi Koreyada koronavirus (COVİD-19) infeksiyasından 8 nəfər vəfat edib.
Modern.az xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 152-yə çatıb.
Qeyd edək ki, Cənubi Koreyada bu gün daha 105 nəfərdə koronavirus aşkarlanıb ki, bu da ölkə üzrə virusa yoluxmuş şəxslərin sayının 9583-ə çatmasına səbəb olub.
Onlardan 5033 nəfəri sağalıb.
T.İSMAYIL