Modern.az

“Bəzi universitetlər tələbələrlə bağlı özbaşına qərar çıxarıb” - ETİRAZ

“Bəzi universitetlər tələbələrlə bağlı özbaşına qərar çıxarıb” - ETİRAZ

29 Mart 2020, 18:27

“Bəzi universitetlər özbaşına qərar çıxarıb: Online dərs keçmək istəyirlər. Səhərdən onlarla tələbə mesaj yazır. Zəng edir”.

Modern.az xəbər verir ki, bu barədə məlumatı təhsil eksperti Elçin Əfəndi ictimailəşdirib.

“Diqqətinizə çatdırım ki, nə Nazirlər Kabinetinin, nə də Təhsil Nazirliyinin online dərslərlə bağlı qərarı yoxdur. Bundan əlavə, bəzi universitetlər publik hüquqi şəxs statusuna malik olsalar da, belə bir qərarı verməkdə özbaşına deyillər.
Tələbələr yazır ki, “mən qoşula bilmirəm. Rayondayam. Bakıda internetlə qoşula bilərdimsə də burda o imkan yoxdu”. Biri yazıb ki, Elçin müəllim, kasıbam, imkanım yoxdur. İnsafınız olsun. Millətin əsəbləri, psixikası onsuz da pozulub. Bir də bu tərəfdən vurmayın onları. Əgər qərarı Nazirlər Kabineti verərsə, o zaman nəsə düşünmək olar”.

Ekspert deyib ki, bu məsələ hüquqi status alandan, yəni dərslərin online keçirilməsi qərarını məsul qurum verəndən sonra tələbələri cəlb etmək olar.
“İndilikdə belə qərarın olmaması barədə məlumatı universitetlərə çatdırsınlar ki, onlar da tələbələri incitməsinlər”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır