Modern.az

Koronavirus yayılan ölkələrdə səfirliklərimizin işi davam edir - Səməd Seyidov

Koronavirus yayılan ölkələrdə səfirliklərimizin işi davam edir - Səməd Seyidov

30 Mart 2020, 12:58

“Koronavirus yayılan ölkələrdə Azərbaycanın diplomatik nümayəndələri işlərini davam etdirir”.

 

Modern.az xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında diplomatik nümayəndəlik və konsulluq müəssisələri əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti növlərini həyata keçirmələri haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

 

O bildirib ki, nümayəndəliklərin nümayəndələri həmin ölkələrdə yaşayan ailələrlə mütəmadi əlaqəlar saxlayır, onların problemləri ilə maraqlanırlar.

 

S. Seyidov bildirib ki, koronavirus yayılan ölkələrdə vəziyyət gərgindir, bütün müəssisələr bağlıdır, ancaq bizim səfirliklərimiz, konsulluqlarımız fəaliyyət göstərir:

 

“Özü də onlar tək deyil, ailə üzvləri ilə birlikdə çalışırlar. Ona görə də bu qanun layihəsi diplomatların müxtəlif yerlərdə işləyən ailə üzvlərinə şamil olunur və onlara imkan yaradır ki, olduqları ölkədə əmək fəaliyyəti ilə məşğul ola bilsinlər. Bu gün bu sazişi Ukrayna ilə bağlayırıq. Ancaq hesab edirik ki, bu təcrübəni digər ölkələrlə də tətbiq etmək lazımdır”.

 

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir