Modern.az

65 yaşdan yuxarı insanlara qoyulan məhdudiyyətlər deputatlara şamil edilməyəcək

65 yaşdan yuxarı insanlara qoyulan məhdudiyyətlər deputatlara şamil edilməyəcək

Parlament

30 Mart 2020, 13:14

Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı 65 yaşdan yuxarı insanlara tətbiq edilən məhdudiyyətlər deputatlara şamil edilməyəcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

 

Qanunun 5-ci maddəsinə təklif edilən dəyişiklikdə qeyd olunur:

 

"Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər Milli Məclisin deputatlarına şamil edilmir".

 

Dəyişiklik müzakirələrdən sonra birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI