Modern.az

Dünənki təxribat zamanı Ermənistanın iki hərbçisi yaralanıb

Dünənki təxribat zamanı Ermənistanın iki hərbçisi yaralanıb

31 Mart 2020, 08:39

Xəbər verdiyimiz kimi, Ermənistan Silahlı Qüvvələri ötən gün Azərbaycanın Qazax rayonu istiqamətində növbəti təxribat həyata keçirmək istəsə də, mqəsədinə nail ola bilməyib.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Qazax Əlahiddə Sərhəd Diviziyası düşmən təxribatının qarşısını alın, yaşayış məntəqəmizə və mülki nəqliyyat vasitələrinə atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri susdurulub.

Modern.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin etiraf etdiyinə görə, dünənki hadisə zamanı iki erməni hərbi qulluqçusu yaralanıb.

Ermənistan Müdafiə Nazirliyi yenə ənənəsinə sadiq qalaraq hədə-qorxu gəlib, bunun əvəzinin çıxılacağını bəyan edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı