Modern.az

Daha bir ölkədə virusa yoluxanların sayı 100 mini ötdü

Daha bir ölkədə virusa yoluxanların sayı 100 mini ötdü

Dünya

1 Aprel 2020, 15:07

İspaniyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 100 mini keçdi.

 

Modern.az xəbər verir ki, bu saata olan məlumata görə, ölkədə bu gün 6,213 nəfərdə virus aşkarlanıb və bununla da pandemiyaya yoluxanların sayı 102,136 nəfərə yüksəlib.

 

Bu gün ölənlərin sayı isə 589-dur. Ümumilkdə, İspaniyada 9,053 şəxs COVİD-19-un qurbanı olub.

 

Qeyd edək ki, İspaniya koronavirusa yoluxma sayına görə ABŞ (188,639) və İtaliyadan (105,792) sonra üçüncü yerdədir, ölüm sayına görə isə İtaliyadan (12,428) geri qalır. 

 

T.İSMAYIL

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?