Modern.az

Bu ölkədə bir gündə virusdan ölənlərin sayı 1000-i keçdi - SON STATİSTİKA

Bu ölkədə bir gündə virusdan ölənlərin sayı 1000-i keçdi - SON STATİSTİKA

2 Aprel 2020, 09:24

Ötən gün dünyada 76,872 şəxsdə yeni növ koronavirus (COVİD-19) aşkarlanıb, 4,890 nəfər xəstəlikdən ölüb.

 

Modern.az xəbər verir ki, bununla da dünya ölkələri üzrə virusa yoluxanların sayı 935,197-ə, ölənlərin sayı isə 47,192-ə yüksəlib. Xəstəlikdən sağalanların sayı isə 193,989-dur.

 

Ölkələr arasında ötən sutka ən çox yoluxma qeydə alınan ABŞ (26,473) olub. Elə ən çox ölüm faktı da bu ölkədə baş verib  - 1049 nəfər. 

 

Qeyd edək ki, hazırda dünyanın 203 ölkə və regionunda COVİD-19-a yoluxma qeydə alınıb.

 

T.İSMAYIL

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır