Arxiv
4 Aprel 2020, 10:08 | REPORTAJ
Bazarlarda qiymətlər niyə qalxır... - REPORTAJ

Azərbaycanda karantin rejiminin qaydaları sərtləşdirilir. Sabahdan evdən çıxmaq üçün rəsmi dairələrdən icazə almaq lazım gələcək. Müşahidələr göstərir ki, karantin rejiminin sərtləşdirilməsi bəzi insanları qabaqcadan ərzaq tədarükü görməyə məcbur edib.

Son günlər ərzaq mağazaları və bazarlarda insanların həftəlik azuqə aldığını görmək olur.

Qeyd edək ki, yaranmış vəziyyətdən istifadə edən bəzi fürsətçil sahibkarlar və alverçilər bir sıra ərzaq mallarını bahalaşdırıblar. Bu, həm iri və xırda mağazalarda, həm də bazarlarda müşahidə olunur.

Modern.az-ın məlumatına görə, Bakıdakı bazarlarda alver edən əksər satıcılar meyvə və tərəvəzlərin qiymətlərində artım olmasını mövsümlə əlaqələndirirlər..

Nizami rayonundakı “8-ci kilometr bazarı” Bakının nisbətən ucuz ticarət obyektlərindən sayılsa da, burada da qiymətlərdəki dəyişiklik nəzrə çarpır.

Belə ki, əvvəllər kq-ı 80 qəpiyə satılan kartof hazırda alıcılara 1 manat və1 manat 50 qəpiyə təklif edilir. Soğanın da qiymətində artım var. Novruz bayramınadək  “8-ci kilometr bazarı”nda 1 kq-ı 50-60 qəpik olan soğan indi 80 qəpik-1 manat 120 qəpiyə satılır.

Xiyar 1 manat 30 qəpik - 2 manata, pomidor 2 - 3 manata, yaşıl bibər 2-3 manat, təzə lobya 6-7 manata, badımcan 2 manat 50 qəpik – 3 manata satılır. Sarımsağın 1 kq-ı 8-10 manata, kələminki 90 qəpik – 1 manat, kökünkü 80 qəpik – 1 manatdır.

Göyərtinin dəstəsi 10-15-20 qəpikdir.


Tərəvəzlərlə yanaşı, meyvələrin qiymətində də artım müşahidə olunur.

Xüsusilə alma xeyli bahalaşıb. “Smerinka”, “fuje”, “napoleon”, “palmet”, “cırhacı”, “siqanka”, “qızıləhmədi”, “qala” sortundan olan almaların qiyməti adlarına görə dəyişərək minimum 1 manat 50 qəpikdən başlayıb 4 manatadək yüksəlir.

Nar 2 manat 50 qəpik – 3 manat, portağal 2 manat-2 manat 50 qəpik, narıngi 3 manat-3 manat 50 qəpik, heyva 2 manat 50 qəpik – 3 manat qiymətində təklif edilir.

Bazardakı satıcılar deyirlər ki, qiymətlər aprel ayına xarakterikdir və artımın koronavirusun yaratdığı çətinliklərlə əlaqədar deyil. Amma koronavirus pandemiyasının müddəti uzansa, qiymətlərin bir az da qalxacağını istisna etməyənlər də var…


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Orta məktəblərdə I yarımil üzrə qiymətləndirmə başlandı   21 Yanvar 2021, 10:00 Keçən il Azərbaycanda bu xəstəliklər qeydə alınmayıb 21 Yanvar 2021, 09:48 Şirvanda ev yandı 21 Yanvar 2021, 09:42 Ölkə əhalisinin sayı AÇIQLANDI 21 Yanvar 2021, 09:36 “Brent” ucuzlaşdı 21 Yanvar 2021, 09:30 Ronaldu daha bir rekorda imza atdı 21 Yanvar 2021, 09:24 Qanunsuz ov edib satdılar, cərimələndilər 21 Yanvar 2021, 09:18 Dolların uzunmüddətli ucuzlaşması gözlənilir 21 Yanvar 2021, 09:12 Bakıya qar yağır - FOTO 21 Yanvar 2021, 09:06 Ceyhun Bayramov Türkmənistana getdi 21 Yanvar 2021, 09:00 Dollar yeni günə köhnə qiymətlə BAŞLADI 21 Yanvar 2021, 08:54 Milli Məclisin Səhiyyə komitəsinin iclası keçiriləcək 21 Yanvar 2021, 08:48 Daha 2 COVID-19 xəstəsinə cinayət işi açıldı 21 Yanvar 2021, 08:37 Ömürü uzadan meyvə şirəsi 21 Yanvar 2021, 08:22 Təhlükəli virus Çinə də çatdı 21 Yanvar 2021, 04:17 ABŞ-ın yeni prezidenti müsəlmanlarla bağlı qadağanı ləğv etdi 21 Yanvar 2021, 03:46 “Heç kimlə döyüşmək istəmirəm” - Həbib 21 Yanvar 2021, 01:01 Co Baydendən ilk təyinatlar 21 Yanvar 2021, 00:50 Xırdalanda yol qəzası - xəsarət alan var 21 Yanvar 2021, 00:39 “Mançester Siti” liderliyə yüksəldi 21 Yanvar 2021, 00:24 ÜST peyvənd pasportlarını tövsiyə etmədi 21 Yanvar 2021, 00:10 Madriddəki partlayışda yaralananların sayı artdı 20 Yanvar 2021, 23:58 Teledərslərin yanvarın 21-nə olan CƏDVƏLİ 20 Yanvar 2021, 23:47 Çindən ABŞ-a sanksiya 20 Yanvar 2021, 23:33 Türkiyəli siyasətçilərdən 20 Yanvar paylaşımı 20 Yanvar 2021, 23:20 Baydenin andiçməsindən maraqlı anlar 20 Yanvar 2021, 23:07 Azərbaycanda iqtisadi artımın bərpa olunacağı gözlənilir - Mikayıl Cabbarov 20 Yanvar 2021, 22:56 İspan futbolçu tarixə düşdü 20 Yanvar 2021, 22:40 Trampın Baydenə yazdığı məktubun məzmunu məlum oldu - FOTO 20 Yanvar 2021, 22:34 Bakıda yataqxana binasında yanğın 20 Yanvar 2021, 22:21 “Qalatasaray” 3 xalı 6 qolla qazandı 20 Yanvar 2021, 22:12 Azərbaycanın hərbi gücünə görə reytinqi açıqlandı 20 Yanvar 2021, 22:01 Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi 20 Yanvar 2021, 21:50 “Məqsəd demokratiyadır” - ABŞ-ın yeni prezidenti 20 Yanvar 2021, 21:38 Mobil operatorların gəlirləri açıqlandı 20 Yanvar 2021, 21:27