Modern.az

Mariya Stadnik Olimpiya reytinq siyahısında ikinci pillədə qərarlaşıb

Mariya Stadnik Olimpiya reytinq siyahısında ikinci pillədə qərarlaşıb

Aktual

5 Aprel 2020, 14:02

Dünya Güləş Birliyi qadın güləşçilərin yeni Olimpiya reytinq siyahısını açıqlayıb.

 

Modern.az xəbər verir ki, reytinq siyahısının ilk onluğunda bir güləşçimiz yer alıb. Belə ki, ikiqat dünya çempionu Mariya Stadnik (50 kq) 60 xalla ikinci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınan "Tokio-2020" Yay Olimpiya Oyunlarına qadın güləşçilərimizdən yalnız M.Stadnik lisenziya qazanıb.

Sizə yeni x var
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi