Modern.az

Gəncədə  itkin düşən şəxs axtarılır.

Gəncədə  itkin düşən şəxs axtarılır.

7 Aprel 2020, 09:18

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Gəncə şəhər sakini, ruhi xəstə, 1969-cu  il təvəllüdlü Elsevər Sadıxov martın 26-da  yaşadığı evdən  çıxıb və Bakı şəhərinə gedərək itkin düşüb.

E.Sadıxovun əlamətləri belədir: boyu 170 sm, arıq bədən quruluşlu, saçları ağ-qara rəngdədir. Evdən çıxan zaman onun əynində göy cins şalvar, şabalıdı rəngli gödəkcə, ayağında qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-266-33-75  şəhər və (055) 687-13-73  mobil nömrəsinə  zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?