Modern.az

“Azərbaycanda koronavirusla mübarizə üçün yetərincə tibbi ləvazimət var” - Əli Əsədov

“Azərbaycanda koronavirusla mübarizə üçün yetərincə tibbi ləvazimət var” - Əli Əsədov

9 Aprel 2020, 11:50

"Koronavirus pandemiyası səbəbindən və dünya bazarında neftin qiymətinin aşağı düşməsinin ölkəmizə mənfi təsirlərindən danışmaya bilmərik"

 

Modern.az-ın xəbərinə görə, bunu Baş Nazir Əli Əsədov Milli Məclisdə ötən ilə dair videohesabatda deyib.

Baş Nazir bildirib ki, Azərbaycan Prezidentinin 27 fevral 2020-ci il tarixli sərəncamı ilə koronavirusla mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərərgah yaradılıb.

 

Əli Əsədov qeyd edib ki, hazırda nəzərdə tutulmuş silsilə tədbirlər həyata keçirilir, ölkədə sanitar-empidemoloji vəziyyət nəzarətdədir.

Baş nazir vurğulayıb ki, Azərbaycanda koronavirusla mübarizə üçün yetərincə tibbi ləvazimət var və eyni zamanda onların ölkəmizdə istehsalı istiqamətində işlər aparılır.

 

Ə.Əsədov vurğulayıb ki, martın 25-dən etibarən Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilir və bu tədbirlərin tətbiqi qaçılmazdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi