Modern.az

Dünyanı həkimlərlə alimlər xilas edəcək

Dünyanı həkimlərlə alimlər xilas edəcək

9 Aprel 2020, 14:46

“Bu günlər öz həyatını təhlükəyə ataraq insanların həyatını xilas edən, ön cəbhədə olan həkimlərin fədakarlığlarını heç vaxt unutmayacağıq. Həkimlərlə birlikdə polislərin və jurnalistlərin də cəsarətini tarixə yazdıq. Fevral ayında çəkilişlərinə başladığımız "Xəta və Xatirə" bədii-sənədli filminin çəkilişləri bitmək üzrədi. Film  polis, həkim və müxbirin dostluğundan, həyatından  bəhs edir”. 


Bunu Modern.az-a ssenari müəllifi, rejissor  Cəlaləddin bildirib.


Onun sözlərinə görə, "Xəta və Xatirə" bədii-sənədli filmində əsas rolları xalq artisti Sabir Məmmədov, həmçinin Əjdər Zeynalov və Rövşən Məmmədov ifa edirlər.

 

Rejissor filmin mövzusunun seçilməsində həkim fədakarlığının və son zamanlar yol-nəqliyyat qəzalarının sayının fəlakətli həddə çatmasının təsirini izah edib.

“Mənim filmim  yol polisi, həkim və müxbirdən  bəhs edir”.

 

“Elmdə müalicəsi məlum olmayan koronavirus bütün dünyada sürətlə yayılır, on minlərlə insanın ölümünə yol açır. 
Təəssüf hissi keçirirəm ki, dünya belə bir bəla ilə üzləşib. Heç kəs belə bir şeyin olacağını gözləmirdi. Dünya üçün çox ciddi təhlükədir. Vətəndaşlarımız məsuliyyət dərk etməli, dövlətimizə dəstək olmalıdır, karantin qaydalarına əməl etməlidir”,-C.Qasımov əlavə edib.

Rejissor deyir ki, dünyanın ən inkişaf etmiş ölkələri bu xəstəliyin qarşısında aciz qalıb.

“Bakı şəhəri və rayonlarda ən müasir standartlar səviyyəsində tikilən xəstəxanalar,tibbi labarotoriyalar dövlət başçısının göstərişi ilə istifadəyə verilib.

Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva hələ ilk günlərdən xalqa müraciət edərək bildirmişdi ki, evdə qalaraq pandemiyanın yayılmasının qarşısını almağa kömək etməliyik.

Koronavirusdan qorunmaq üçün maska, spirt, əlcək istifadə etsək də, təlimatlara uyğun qaydalara əməl etsək də, biz çölə çıxarkən virusu evimizə ayaqqabımızda, cibimizdəki pulda gətiririk.

Vətəndaşlarımıza tövsiyə edərdim ki, evdən bayıra çıxmasınlar. Xüsusi rejim qaydalarına, dövlətin qoyduğu qaydalara hər kəs riayət etməlidir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu