Arxiv
14 Aprel 2020, 00:21 | ANALİTİKA
Paşinyan qərarını verdi – Qarabağ erməniləri siyasi ambisiyaların qurbanına çevrilir - TƏHLİL

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarında koronavirus rəsmən 6 nəfərdə təsdiq olunub.

 

Virus Laçının Bozlu, Mirik, Hüslü kəndlərində, Kəlbəcərin rayon mərkəzində süni məskunlaşdırılan ermənilərdə aşkar olunub.

 

Paralel olaraq, daha çox insanda virusun olduğu heç kəsdə şübhə doğurmur. Amma buna baxmayaraq, rəsmi Yerevanın göstərişi ilə aprelin 14-də keçiriləcək qondarma “prezident seçkiləri”nin ikinci turu ləğv olunmayıb. Paşinyan hər vəchlə ona sədaqət andı içən qondarma rejimin sabiq “baş naziri” Araik Arutunyanı başçı seçdirməyə çalışır.

 

İlk turda bu baş tutmadığı üçün o, bütün dünyanın koronavirusla mübarizə apardığı zamanda gözlənilən təhlükələr baxmayaraq Qarabağda ermənilərin səsverməyə getmələri barədə yalançı imic formalaşdırmağa çalışır. Dünyanın diqqətini prosesə çəkmək istəyir. Qarabağ ermənilərinin virusa kütləvi şəkildə yoluxa biləcəkləri ehtimalını Paşınyan rejimi siyasi ambisiyalarına qurban verir.

Aprelin 12-də Qarabağdakı qondarma rejimin rəhbəri Bako Saakyan regionda fövqəladə situasiyanın elan olunduğunu söyləyib. O, virusun yayılma sürətini nəzərə alaraq, hər kəsdən çölə çıxmamağı tələb edib. Maraqlıdır ki, separatçı rejimin başçısı “fövqəladə vəziyyət” elan etməyib və bunu situasiya ilə əvəzləyib.

İlk baxışda bu önəmsiz fərq kimi görünsə də, “fövqəladə vəziyyət” elan olunan zaman heç bir “seçki” keçirmək mümkün olmayacaqdı.

Bu məqamda martın 31-də qondarma parlament və prezident seçkilərinin keçirildiyini xatırlamaq lazımdır.

 

Nikol Paşinyan bütün dünyanın kütləvi tədbirləri ləğv etdiyi zamanda bütün beynəlxalq humanitar və hüquq normaları kobud şəkildə pozaraq Azərbaycanın işğal altındakı ərazilərdə seçki keçirmək israrı Qarabağ erməniləri tərəfindən də etirazla qarşılanır.

 

Sizi diri-diri quyuya salaraq üstünüzə qum tökürlər

 

Xankəndində yerləşən “Artsax Dövlət Universiteti”nin müəllimi Narine Davtyan Paşinyan rejiminin bu oyunbazlığına etiraz olaraq açıq məktubla çıxış edərək işdən ayrılıb. O, etiraz məktubunda Paşinyanın öz adamı Araik Arutunyanı Qarabağın rəhbəri təyin etmək üçün qondarma “seçki” keçirməsini qəbul etmədiyini söyləyib.

 

“Ümid edirdim ki, bu məktubu yazmaq məcburiyyətində olmayacam, amma təsəvvür edin ki, sizi diri-diri quyuya salaraq üstünüzə qum tökürlər. Bizim hakimiyyət bizimlə məhz bu cür davrandı. Universiteti tərk edirəm və bununla hazırkı sistemə etiraz edirəm. İnsan həyatlarına tüpürən sistemin bir parçası olmaq istəmirəm. Pul və insanları qorxutmaqla ayaq üstə qalan hakimiyyəti və yeni təyin olunacaq “prezident” Araik Arutunyanı qəbul etmirəm”,- deyə etiraz məktubunda deyilir.

 

Amma görünən odur ki, bütün dünyanın tanımadığı və tanımayacağı “seçki şou”su və “demokratik imic” arxasınca Nikol Paşinyan Qarabağ ermənilərini humanitar fəlakətə aparır. Bu, bütün dünyada seçkilərin və s. kütləri tədibrlərin ləğv olunduğu şəraitdə avantürist və cinayətkar addım sayılmalıdır.

Maraqlıdır ki, Ümumdünya Səhiyyə Təşkilatı və bu kimi beynəlxalq qurumlar hələ ki, bu məsələyə seyrçi mövqedən yanaşırlar. Hesab etmək olar ki, erməni hiylə maşını koronavirusdan da yararlanmaq istəyindədir və bütün dünya bu virusa qarşı olduğu halda, hətta dünyanın qaynar nöqtələrinin susduğu zamanda qondarma seçki keçirməklə diqqət çəkmək istəyir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda son sutkada rekord sayda peyvənd VURULDU 24 İyun 2021, 16:40 Bu günə olan yoluxma sayı AÇIQLANDI 24 İyun 2021, 16:34 Türk Şurasının turizm nazirləri Azərbaycanda görüşəcək 24 İyun 2021, 16:26 Bir qrup hərbçiyə ordenlər verildi - SİYAHI 24 İyun 2021, 16:14 Ceyhun Bayramov Baş katiblə görüşüb 24 İyun 2021, 15:56 Prezidentin hərbi medallar verdiyi jurnalistlər, klub prezidenti, gənc şair... - ADLAR 24 İyun 2021, 15:50 Əmək pensiyasına əlavə ilə bağlı qaydalar dəyişir 24 İyun 2021, 15:44 “BakuBus”ın avtobusları toqquşdu - Yaralananlar var - YENİLƏNİB 24 İyun 2021, 15:43 Gömrük Akademiyasının ilk magistr tələbələri məzun oldu 24 İyun 2021, 15:38 Niyazi Bayramov sakinlərin müraciətlərini qeydiyyata götürdü 24 İyun 2021, 15:32 İnsanları işə düzəltmək adı ilə aldanan şirkət direktoru SAXLANILDI 24 İyun 2021, 15:27 Ermənistan PUA istehsal edəcək 24 İyun 2021, 15:23 Yeni dalğanın qarşısını almaq üçün peyvənd olunmalıyıq - Deputat 24 İyun 2021, 15:17 Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi 24 İyun 2021, 15:12 Yas mərasimlərinin təşkilinə də icazə verilsin - TƏKLİF 24 İyun 2021, 15:06 Suqovuşanı azad edən 10 min 647 hərbçiyə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 15:00 Deputat 3 kənddə seçicilərini qəbul edib - FOTOLAR 24 İyun 2021, 14:54 Çalışdığı şirkətin 15 mindən çox pulunu mənimsədi 24 İyun 2021, 14:48 Serbiya NATO-ya üzv olmayacaq 24 İyun 2021, 14:42 “Daşkəsən Dəmir Filiz” MMC bu universitetlə əməkdaşlıq edəcək 24 İyun 2021, 14:36 Bir qrup hərbçi “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi 24 İyun 2021, 14:30 Bugünədək 578250 hektar sahədə biçin aparılıb - FOTOLAR 24 İyun 2021, 14:25 Kəlbəcərin azadlığına görə təltif edilənlər - SİYAHI 24 İyun 2021, 14:20 Bakıda daha bir marşrut xətti karta keçdi 24 İyun 2021, 14:14 Prezident və xanımı “Gülüstan” SARAYINDA 24 İyun 2021, 14:08 Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi - SİYAHI 24 İyun 2021, 14:02 Lavrov Azərbaycanla Ermənistan arasında etimaddan DANIŞDI 24 İyun 2021, 13:50 Ermənistanda seçkilər, Bakı ilə Moskvanın məsləhətləşmələri - ŞƏRH                     24 İyun 2021, 13:45 Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib 24 İyun 2021, 13:40 Azad olunan yerlərə ilk növbədə bu məcburi köçkünlər QAYTARILACAQ 24 İyun 2021, 13:34 Təhsil Nazirliyindən məzun günü ilə bağlı QƏRAR 24 İyun 2021, 13:28 Maliyyə Nazirliyində yeni təyinatlar 24 İyun 2021, 13:22 Şuşa fatehləri TƏLTİF OLUNDU 24 İyun 2021, 13:16 SOCAR 25 milyon dollarlıq müqavilə imzaladı 24 İyun 2021, 13:10 Ukraynada yaşayan azərbaycanlı gənclərlə görüş keçirilib 24 İyun 2021, 13:04
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?