Arxiv
30 Aprel 2020, 15:30 | ANALİTİKA
İran körpüləri Azərbaycan ərazisinə müdaxilədir

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
 

 

İranlı diplomatlar yer kürəsinə göydən baxsalar, onun alınlarını gündə ən azı üç dəfə vurduqları möhür boyda olduğunu görəcəklər...

 

Uzun illərdir Azərbaycan toylarında "İran təranələri" rəqsinə sındıra-sındıra oynanılsa da, son günlər erməni işğalında qalan Cəbrayıl ərazisində Arazın üstündə qanunsuz tikilmiş İran körpülərinin fotoşəkillərinin mediada yayılması hər kəsdə İrana qarşı onsuz da az olan inamı və ümidi birdəfəlik sındırdı.

 

Bildiyimiz kimi Dağlıq Qarabağa yük daşıyan avtomobillərin videogörüntüləri və Araz üzərindəki İran körpülərinin peykdən çəkilmiş şəkilləri bu günlərdə gündəmə gəlsə də, əslində erməni işğalı nəticəsində Azərbaycan tərəfdən nəzarətsiz qalmış Cəbrayılda İranla Dağlıq Qarabağ arasında gediş-gəlişi, həmçinin iqtisadi-ticari əlaqələri həyata keçirmək üçün inşa edilmiş bu körpülər, o cümlədən Su Elektrik Stansiyaları heç də yeni bir məsələ deyil.

 

Baxın, hələ bir neçə il öncə Sosial şəbəkələrdə Araz üzərində İranla Azərbaycan arasında yerləşən Xudafərin körpüsünün bərpa olduğu iddia edilən şəkillər yayılmışdı. Bundan əlavə, 2001-ci ildə Arazın üstündə İranla Ermənistanın Azərbaycanla razılaşdırmadan SES tikmək planı rəsmi Bakı tərəfindən olduqca sərt qarşılanmışdı. Çünki, SES üçün tikiləcək nəhəng su anbarından İran və Ermənistanın həmsərhəd ərazilərində suvarma uçun kanallar çəkiləcəkdi və bu da Arazda suyun xeyli azalmasına səbəb olacaqdı.

 

Ancaq bir müddət sonra Tehran rəsmi Bakının icazəsi olmadan Xudafərin körpüsünün yaxınlığında Qarabağ erməniləri ilə əlbir olaraq 200 MBt gücündə Xudafərin Su Elektrik Stansiyasını inşa etdi və nəticədə gözlənildiyi kimi Arazın aşağıya doğru Azərbaycana axan hissəsində su xeyli azaldı.

Bir az geri dönüb yeni tarixə baxsaq görərik ki, bütün bunlar 1988-ci ildə İran və SSRİ arasında Araz çayı üzərində Xudafərin və Qız qalası suqovşaqlarının inşası ilə bağlı müqavilədən sonra başlayıb. Amma 1991-ci ildə SSRİ-nin dağılması və bu bölgədə Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münqişəsinin yaranması layihəni həyata keçirməyə mane olmuşdu. Yalnız "atəşkəs" əldə olunduqdan sonra bu ərazinin işğal altında olması və qeyri-müəyyən hüquqi status daşımasına baxmayaraq İran Xudafərin SES-in tikintisini davam etdirdi.

 

Bu illər ərzində həm İran, həm də separatçı Qarabağ erməniləri özlərini Bakının etirazından qoruyaraq layihəni ictimaiyyətdən gizli saxlamağa çalışsalar da, ancaq 2009-cu ildə Tehranın SES üçün avadanlıq alınması barədə yerli İran mətbuatında yayılan məlumatlar fars və ermənilərin birgə oğurluğunun ömrünün 40 gündən artıq olmadığını təsdiqlədi. Erməni mənbələrinə isə inansaq təxminən 2010-cu ilin yazından Xudafərin Su Elektrik Stansiyasının anbarı doldurulub və həmin vaxtdan etibarən elektrik enerjisindən hər iki tərəf - İran və Qarabağdakı separaçı  rejim  artıq istifadə edir. Burada Xudafərin körpüsü ilə yanaşı, İran və Ermənistan Mehri və Qaraçılar Su Elektrik Stansiyalarının inşası da davam etdirilib.

 

Əslində diqqət etsək, Tehranın bu işləri rəsmi Bakının icazəsi olmadan reallaşdırması Azərbaycanın ərazi bütövlüyünü dolayısı ilə tanımaqdan imtina və ya ona müdaxilə etməsi kimi görünür.

 

Ancaq maraqlı burasıdır ki, indiyədək Azərbaycan İrana həmişə yaxın qonşu, müsəlman qardaşlığı və dost gözü ilə baxaraq beynəlxalq arenalarda ona qarşı Qərb tərəfdən yönələn iqtisadi-siyasi sanksiyaların əleyhinə çıxış edib. Eyni zamanda, bir sıra ölkələrin qısqanclığına və bəzi hallarda təzyiqlərinə baxmayaraq iki ölkə arasında müxtəlif sahələr üzrə çoxsaylı iqtisadi-siyasi əməkdaşlığını davam etdirir. Təkcə İranla Azərbaycanı birləşdirən və beynəlxalq əhəmiyyətə malik olan Rəşt-Astara dəmir yolu xəttinin çəkilməsi kimi nəhəng layihənin icra edilməsi buna açıq sübutdur.

 

Bundan başqa, elə Tehranın mövcud pandemiyaya qarşı mübarizə aparmaq üçün Beynəlxalq Valyuta fondundan 5 milyard dollar istəməsinin ABŞ tərəfdən bloklanması və Ermənistan başda olmaqla ona heç bir ölkənin kömək əlini uzatmadığı bir məqamda, mümkün təzyiqlərin olabiləcəyinə baxmayaraq, bir o qədər böyük məbləğ olmasa da, amma Azərbaycanın dost və qardaş saydığı İran xalqına 5 milyon dollar kömək etməsini indiki vəziyyətdə diqqətdən kənarda saxlamaq olmaz.

 

Ancaq yuxarıda qeyd etdiyimiz bu qədər faktlar olan yerdə İran XİN-in müavini Abbas Araqçı və bu ölkənin Bakıdakı səfirirliyinin mətbuat katibi Seyid Əli Musəvinin baş verən son olayları təkzib edərək o videoların güya quraşdırma olduğunu, həmçinin burada üçüncü qüvvənin iki qardaş ölkə arasında münasibətləri pozmaq istəməsi kimi demələrində nə qədər səmimi olmaları inandırıcı deyil. Onlar bu qeyri səmimiliklə təsdiq edirlər ki, İran Azərbaycanla arasında əsrlərlə mövcud olan mədəni və dini "körpüləri" özü dağıdır, əvəzində ermənilərə beton körpülər tikir. Çünki indi sovet dövrü deyil və heç kim də "dovşanı araba ilə tutmur". Artıq internet dövrüdür, nəinki dovşanı, hətta "uçarda turacı, qaçarda ceyranı" da evdə oturaraq kompyuterin klavyaturası ilə tutmaq mümkündür.  

 

Ona görə də üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, əməldə saqqal altından Araz üstündən separatçı ermənilərə neft, işıq və digər lazımi məhsulları verən İran gərək Azərbaycanla öz arasında olan bu qədər iqtisadi-siyasi, dini, mədəni körpüləri ermənilərin ayağına döydürərək dağıtmasın. Ərazisində yaşayan təxminən 35-40 milyonluq Azərbaycan türklərinin nə vaxtsa qüzeyli qardaşları ilə birləşəcəyi xofundan azad olsun. İçindəki qısqanclığı boğub Azərbaycanın suveren dövlət olduğunu birdəfəlik olaraq həzm etsin. İran rəsmiləri unutmasınlar ki, sabah ABŞ onları öz "məngənəsinə" salanda elə ilk növbədə bir vaxtlar Əhmədi Necatla qucaqlaşıb ayrılmaq bilməyən Sarkisyan və Ruhani ilə görüşdə selfibazlıq edən Paşinyan həmin qanunsuz inşa edilmiş körpülərdən adlayaraq İrana arxadan ilk zərbə endirənlərdən olacaqlar. 

 

Bir də ki, bütün bu faktlarla razılaşmayan İranlı diplomatlar yer kürəsinə göydən - peyk vasitəsi ilə baxsalar onda onun heç də böyük olmadığını, təxminən alınlarını gündə ən azı üç dəfə qoyduqları möhür boyda olduğunu görəcəklər. Möhürə alınlarını qoyub yaradanına səcdə edənlər isə gərək anlasın ki, nə yeri, nə göyü, nə də onları yaradanı danmaq olmaz. Bu, günahdır. Nəinki Cəbrayıl, Qarabağ, Azərbaycan, hətta dünya boyda günahdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazir polis rəisini vəzifəsindən azad etdi 20 Yanvar 2021, 11:18 Atamın şilləsi, sevgisi və 20 yanvar 20 Yanvar 2021, 11:16 Qar ən çox bu rayonlarda yağıb - Faktiki hava 20 Yanvar 2021, 11:10 İlham Əliyev uyğun bilsə Bağçalının öz hesabına Şuşada məktəb tikiləcək - Səfir  20 Yanvar 2021, 11:05 “Döyüşmək Vətən borcudur, buna görə özünü kimdənsə üstün tutmaq olmaz” - Qalib zabitlə SÖHBƏT 20 Yanvar 2021, 11:01 Türkiyənin Azərbaycandakı səfiri nə zaman gedir?  -  ÖZÜ AÇIQLADI 20 Yanvar 2021, 10:57 Tramp prezidentliyinin son günü 73 nəfəri əfv etdi 20 Yanvar 2021, 10:51 Məktəblərdə daxili qiymətləndirmələr necə müəyyənləşəcək? 20 Yanvar 2021, 10:47 Qarabağda daha bir erməni hərbçinin cəsədi TAPILDI 20 Yanvar 2021, 10:42 Saat 12:00-də bir dəqiqəlik sükut olacaq 20 Yanvar 2021, 10:40 Los Ancelesdə Qara Yanvar faciəsi barədə film  - VİDEO 20 Yanvar 2021, 10:35 Nazir müavini: “Mən də vaksin vurdurmuşam və özümü yaxşı hiss edirəm” 20 Yanvar 2021, 10:30 Şuşada tarixi abidələrin monitorinqi aparılır 20 Yanvar 2021, 10:24 Rusiyanın bu şəhərində 50 dərəcə şaxta qeydə alındı 20 Yanvar 2021, 10:18 “Şəhidlərimizin ruhu şaddır” - Prezidentin köməkçisi 20 Yanvar 2021, 10:12 20 yanvar... 300 il keçsə də... 20 Yanvar 2021, 10:06 Putinin sarayı” - Navalnının yeni ARAŞDIRMASI - VİDEO 20 Yanvar 2021, 10:00 Şərin Xeyirə qalib gəldiyi an - 20 Yanvar 20 Yanvar 2021, 09:54 Türkiyə səfirliyi Ümumxalq Hüzn Günü ilə bağlı məlumat yaydı 20 Yanvar 2021, 09:48 Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərdi 20 Yanvar 2021, 09:42 Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirdi 20 Yanvar 2021, 09:36 Polkovnik İlqar Mirzəyevin qisası üçün döyüşə gedən könüllü - Bir şəhidin HƏYAT YOLU 20 Yanvar 2021, 09:30 Cəbhəboyu ərazilərdə partlamamış hərbi sursatlar aşkarlandı - FOTO 20 Yanvar 2021, 09:24 Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq 20 Yanvar 2021, 09:18 Trampla xanımı bu gün Vaşinqtonu tərk edəcək 20 Yanvar 2021, 09:12 Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO 20 Yanvar 2021, 09:06 Azərbaycan-Türkiyə arasında ikili vətəndaşlığa icazə verilə bilər 20 Yanvar 2021, 09:00 Xarici İşlər Nazirliyi “20 Yanvar bəyanatı” yaydı: “Sifarişçilər və icraçılar cəzalandırılmalıdır” 20 Yanvar 2021, 08:49 Pəhrizsiz arıqlamaq istəyənlər bu qaydalara əməl etsin - SİYAHI 20 Yanvar 2021, 08:40 Qəbul imtahanlarında Vətən müharibəsindən suallar salınacaq - VİDEO 20 Yanvar 2021, 08:29 Tramp yeni siyasi partiya yaradır 20 Yanvar 2021, 08:23 Azərbaycanda zəlzələ oldu 20 Yanvar 2021, 08:14 “Gördün...? Elmira Qafarova kişi qızıdır” 20 Yanvar 2021, 02:13 “Cəlladlarla bir partiyada olmaq istəmirəm” - İsmaylı Şıxlının 20 Yanvar qətliamından sonrakı ÇIXIŞI 20 Yanvar 2021, 02:04 20 Yanvarın “açılmayan gülləsi” - Primakov Allahşükür Paşazadəyə hakimiyyəti ələ almağı niyə təklif etmişdi? - TARİX 20 Yanvar 2021, 01:48