Arxiv
1 May 2020, 09:55 | REPORTAJ
Koronavirusa yoluxan azərbaycanlı qadın: “Bu xəstəliyi ciddiyə alın, mən yaşadıqlarımı siz yaşamayın!” - FOTO

Koronavirus (COVİD-19) pandemiyası artıq 4 aydır ki, bütün dünyada tüğyan edir.  Bu pandemiya yaranandan fikirlər də iki yerə bölünüb. “Koronavirus var” deyənlər və “Belə bir xəstəlik yoxdu” söyləyənlər... Mən “var” deyənlərdənəm və bu gün Modern.az-da Türkiyədə yaşayan, “COVID-19”dan müalicə almış soydaşımız Samirə Tağıyevadan yazacam.

Samirə Tağıyeva uzun illərdir Türkiyədə yaşayır. Mart ayında koronovirusa yoluxub. Dediyinə görə, virus ona Ümrə ziyarətindən gələn bir ailədən keçib.

“Mən tekstil sahəsində işləyirdim. Orda bir gənc qız vardı. Onun nənəsi Ümrə ziyarətindən  gəlmişdi. Həmin qadın yoluxub və öncə başa düşməmişdi və bizə də yoluxdurmuşdu.
Mən özümü pis hiss etməyə başladım. Əvvəlcə elə düşündüm ki, revmatizmdəndir və mövsümlə bağlı məni o narahat edir. Həkimə getdim, öncə müayinə edib evə göndərdilər. İki gün sonra daha da pisləşdim və yenidən həkimə getdim”,- deyə S.Tağıyeva virusa yoluxduğu günləri xatırlayarkən söyləyib.

Soydaşımız ikinci dəfə xəstəxanaya gedəndə onu testdən keçirmələrini istəyib. S.Tağıyevanı pandemiyanı araşdıran digər xəstəxanaya göndəriblər. Orada test edilib və nəticə pozitiv çıxıb.

“Test ediləndən 2 gün sonra cavabı öyrənməyə getdim. Veilən cavab məni məhv etdi. Testimin sonucu pozitiv idi. Sanki dünyam yıxıldı. Mənə müalicə yazdılar, dərmanla təmin edib  evə göndərdilər. Dedilər ki, özünü karantinə al və  14 gün müalicəyə davam et. Evə gəldim və ayrıca  otağa şəkildim, kimsəylə kontakta girmədən müalicəyə başladım. Sadəcə yeməyi qapıya qoyurdular, götürüdüm”.

Karantinə alınmaq və dərmanlar Samirə xanıma fayda verməyib.  Bir həftə sonra ağırlaşmağa başlayıb.

“Yüksək qızdırma, sonra öksürək məni rahat buraxmadı. “İlk günlərdi, keçər” deyə düşündüm. Bundan sonra daha da pis olmağa başladım. Sanki məni dənizə atmışdılar, boğulurdum”...

Bu xəstəlikdın sonra Samirə Tağıyevanın səhhətində başqa problemlər də yaranıb. İndi o danışdığı zaman qəfildən dili tutulur və kəkələməyə başlayır. O səbbədən aramızdakı söhbətin davam etməsinə qızı da yardım etdi.


“Anam çox ağırlaşdı. Durmadan qışqırırdı. Ağrılara dayana bilmirdi. Deyirdi ki, “boğuluram,  məni xilas edin”. Hətta bir dəfə huşunu itirdi və biz həmin an onun öldüyünü  sandıq.  Atam təcili tibbi yardım çağırdı. Ambulans gəldi və anamı bağlı bir xərəyə qoyub apardılar. Bizim onunla getməyimizə icazə yox idi. Çünkü artıq bütün ailə karantində idik. Atam sonradan anamın arxasınca xəstəxanaya getdi. Təəssüf ki, artıq atam da yoluxmuşdu və onun da durumu yaxşıya doğru getmirdi”.


Samirə Tağıyeva: “Ambulansda gözümü açdım. Buz kimi bir sellofanın içindəydim. Qızdırmam var idi deyə, üşüyürdüm. Sanırdım ki, məni buzun içində aparırlar. Məni xəstəxanaya yatıranda həkim dedi ki, “ciyərlərin dolub, niyə bu qədər gec gəlmisiniz?”. Bu çox ağır bir söz idi. Xəstəxanadan geri dönə bilməməyin işarəsi idi. 23 gün orada müalicə aldım və həmin 23 gün mənim həyatımın ən ağır günü oldu.  O ağrıları həyatı boyu unutmayacam. Düşünün, sizi sanki boğurlar, nəfəs ala bilmirsiz.
Amma şükürlır olsun ki, uzun mücadilədən sonra sağaldım və son testim neqativ çıxdı. Ancaq psixologiyam alt-üst oldu. Mənimlə psixoloq görüşdü. Ona dedim ki, ölmək istəyirəm və bir daha xəstələnərəm deyə, qorxuram. Psixoloq mənimlə söhbət etdi. Ən sonda “yaşamaq istəyirəm, həyat gözəldi” dedikdən sonra məni xəstəxanadan evə göndərdilər”.


Samirə Tağıyevanın qızı: “Anam bu xəstəlikdın sonra çox dəyişib. Tez-tez aglayır, dili tutulur, ürəyi gedir. Elə olur ki, bir gündə 3 dəfə xəstəxanaya getməli oluruq. Psixologiyası pozulub. Virusdan sonra yan təsirləri qalıb. Həkim müalicə yazıb, deyiblər ki, psixoloji problemləri bir il sürəcək, ancaq müalicə ilə tədricən keçəcək”.

Samirə Tağıyeva; “Məndən sonra həyat yoldaşm Anar da virusa yoluxdu. Amma o yüngül keçirdi, karantin və yazılan dərmanlar onu yaxşılaşdırdı, çünkü xəstəlik ciyərinə enmədən bilindi. Hazırda yaxşıdı və yeni test gününü gözlıyir. Oğlum da xəstələndi. Qızdırması qalxdı. Çox qorxduq, həkim başqa bir infeksiya olduğunu dedi. Onda koronavirus çıxmadı. Hazırda hamımız evdə karantindəyik. Sadəcə, zəruri alış-veriş zamanı çölə çıxırıq, o zamanda maska, əlcək və qoruyuculardan istifadə edirik.
Hər kəsdən xahiş edirəm ki, bu xəstəliyi ciddiyə alsın. Bu xəstəlikdən sağalsaq da, onun yan təsirlərini yaşayırıq. Evdən çıxmayın, özünüzü və yaxınlarınızı qoruyun, mən yaşadıqlarımı siz yaşamayın”...


Məhsəti Şərif,
İstanbul

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident küçələrdən siqaret kötükləri topladı 20 Sentyabr 2020, 00:59 İsveçrə ATƏT-in sədrliyi postuna namizəd irəli sürməyib 20 Sentyabr 2020, 00:43 Trampa qarşı qəsdin qarşısı alındı 20 Sentyabr 2020, 00:26 “Əsrin müqaviləsi”nin 26 ili tamamlandı 20 Sentyabr 2020, 00:09 Qubada polis postu quruldu 19 Sentyabr 2020, 23:58 6 futbol hakimi koronavirusa yoluxdu 19 Sentyabr 2020, 23:42 Əfqanıstanda terror: 1 ölü, 5 yaralı 19 Sentyabr 2020, 23:31 Bakıda kürəkən qaynanasını avtomobillə vurdu 19 Sentyabr 2020, 23:17 Bombardmançı təyyarə dünya rekordu qırdı 19 Sentyabr 2020, 23:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 390 358 nəfərə çatıb 19 Sentyabr 2020, 22:47 FETÖ ilə əməkdaşlıqda şübhəli bilinənlər saxlanıldı 19 Sentyabr 2020, 22:33 “Sumqayıt” lider oldu 19 Sentyabr 2020, 22:17 Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO 19 Sentyabr 2020, 22:01 Gəncədə gənc oğlan bıçaqlanıb 19 Sentyabr 2020, 21:44 BDU professorun universitetə buraxılmamasının SƏBƏBİNİ AÇIQLADI 19 Sentyabr 2020, 21:30 Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb  19 Sentyabr 2020, 21:17 Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib 19 Sentyabr 2020, 20:58 “Bu işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir” - Tural Gəncəliyev 19 Sentyabr 2020, 20:45 Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb 19 Sentyabr 2020, 20:31 “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” - İlham Əliyev 19 Sentyabr 2020, 20:18 Yol qəzası mərkəzi prospektdə tıxac yaratdı 19 Sentyabr 2020, 20:01 Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13