Modern.az

Koronavirus pandemiyası distant təhsili zərurətə çevirdi - Ədalət Muradov

Koronavirus pandemiyası distant təhsili zərurətə çevirdi - Ədalət Muradov

1 May 2020, 23:46

Koronavirus pandemiyası 21-ci əsr təhsilinin özəlliklərini qabartmaqla həm də distant təhsili zərurətə çevirdi.

 

Modern.az xəbər verir ki, bu fikri UNEC-in rektoru Professor Ədalət Muradov “Distant ali təhsil: Yeni imkanlar və müasir çağırışlar” mövzusunda onlayn forumda səsləndirib.

 

O diqqətə catdırıb ki, hazırda distant ali təhsil alternativ təhsil forması kimi gündəliyi zəbt edib.

 

“Bu gün distant təhsilə deyil, distant təhsili tətbiq edə bilməyən ali təhsil müəssisələrinə münasibət müsbət deyil. Ona görə də, distant ali təhsilin postkoronavirus mərhələsi indidən müzakirə edilməli və beynəlxalq təcrübə nəzərə alınmaqla vacib və zəruri olan qaydalar hazırlanmalıdır. Həmin qaydalar distant təhsilə tələbələrin qəbulundan məzun olmasına qədər bütün məsələləri özündə ehtiva etməlidir”, –deyə professor Ədalət Muradov qeyd edib.

 

Xatırladaq ki, UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020: “Distant ali təhsil: yeni imkanlar və müasir çağırışlar”ın məqsədi distant ali təhsil sahəsində qlobal müzakirələrə qoşulmaq və yeni ali təhsil modelinə müvafiq töhfələr verməkdir. Forumun hər il keçirilməsi nəzərdə tutulur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər