Arxiv
2 May 2020, 23:17 | TƏHSİL
Təhsil Nazirliyindən virtual dərslərlə bağlı AÇIQLAMA

Təhsil Nazirliyi virtual dərslər üçün müəllimlər, şagirdlər, məktəb direktorları, müavinləri və sinif rəhbərləri, eyni zamanda Rayon Təhsil Şöbələri üçün tövsiyələr hazırlayıb.

Modern.az-ın məlumata görə, tövsiyələrdə deyilir ki, 11 mart tarixindən “Mədəniyyət” kanalında yayımlanan teledərslər mövcud vəziyyətlə əlaqədar buraxılmış dərslərin kompensiyasına hesablanıb.

Teledərslərdə tədris olunan mövzular cari dövr üçün tədris planına uyğundur. Aprel ayından etibarən virtual.edu.az portalında qeydiyyatdan keçmiş şagirdlər teledərslərdə əhatə olunmuş fənlərə uyğun mövzular üzrə tapşırıqlar yerinə yetirməklə öyrəndiklərini yoxlamaq imkanı əldə edib.

Tövsiyələrdə qeyd edilib ki, virtual dərslə teledərs arasında əlaqəni təmin etmək vacibdir. Bildirilib ki, Azərbaycan bölməsinin teledərs cədvəlindəki İngilis dili, Azərbaycan tarixi, Musiqi və Təsviri incəsənət dərslərini rus bölməsində təhsil alan şagirdlərin də izləməsi uyğun sayılır. Bu yolla həmin şagirdlər həm eyni məzmunu öyrənər, həm də Azərbaycan dili daha dərindən mənimsəyərlər.

Nazirlik müəllimlərin diqqət etməsi vacib olan vacib məqamları da açıqlayıb.

Qeyd edilib ki, virtual dərslərdə lüzumsuz təkrara yol verməmək üçün tədris ediləcək mövzu üzrə teledərs əvvəlcədən izlənməlidir. Bu dərslərin şagirdlər tərəfindən izlənilməsi təmin edilməlidir. Bildirilib ki, müəllim teledərsdə izahı verilmiş mövzunu genişləndirə, dərinləşdirə bilər. Teledərsdə verilən tapşırıqların şagirdlər tərəfindən necə yerinə yetirildiyinə diqqət edilməli, hər həftənin sonunda onların virtual.edu.az portalında yerləşdirilmiş qapalı tipli sualların cavablandırılmasına təşviq etməlidilər. Müəllimlərə teledərsdə tədris olunan proqramdan uzaqlaşmamaq tövsiyə edilib.

Müəllimlərə tövsiyə edilib ki, virtual.edu.az portalının imkanlarından istifadə etməklə dərsi daha səmərəli etməyə çalışmaq, tətbiq edilən üsulların öyrənməni asanlaşdırmağa və dərinləşdirməyə xidmət edilməli, faydasız effektlərə vaxt və enerji sərf edilməməlidir.

Həmçinin, müəllimlərə şagirdlərə əlavə tapşırıqlar verməyə aludə olmamaq tövsiyə edilib. Bildirilib ki, hər bir fənn üzrə həftəlik saatların minimal və maksimal normalarına diqqət yetirilməli, teledərslərin yayım vaxtı ilə virtual dərs üst-üstə düşməməlidir. Bir dərs üçün 30 dəqiqənin nəzərdə tutulması tövsiyə edilib.

Qeyd edilib ki, bu müddət dolğun qarşılıqlı əlaqə üçün kifayət etməyə bilər, lakin unutmamaq lazımdır ki, kompüter qarşısında daha çox vaxt keçirmək şagirdlərin sağlamlığına ziyandır.

Müəllimlərə bildirilib ki, şagirdlərə müstəqil öyrənmə bacarıqları formalaşdırmağa xidmət edən tapşırıq və təlimatlar verilməlidir. Qeyd edilib ki, müəllimlər şagirdlərinə öyrənmənin yalnız akademik biliklərlə məhdudlaşdırmadığını, müşahidə, söhbət, faktların toplanması və təhlili, səbəb-nəticə əlaqələrinin araşdırılması, sosial məsuliyyət aksiyalarında iştirakın güclü öyrənmə mənbəyi olduğunu vurğulamalıdır. Şagirdlərin dərsdənkənar fəaliyyətlərinə müvafiq istiqamət vermək, ədəbiyyat siyahısı, kino və cizgi filmləri, musiqi, virtual muzey salonları və s. barədə məlumat verilməli, “Dərsdən sonra” proqramına baxmağa dəvət edilməlidir.

Tövsiyələrdə şagirdlərin diqqət edilməli olan məqamlar da açıqlanıb. Bildirilib ki, şagirdlər teledərs cədvəli ilə tanış olmalı və sinfinə uyğun dərslərə baxmalı; teledərsi izləyərkən yaranan sualları qeyd etməli; təklif edilən tapşırıqları yerinə yetirməli; yerinə yetirilən tapşırıqların bir gün sonra yenidən nəzərdən keçililməli və yaranan sualların böyüklərlə, sinif yoldaşları, müəllimlərlə müzakirə edilməli; əvvəlcədən virtual dərslərin cədvəli ilə tanış olmalı və dərslərdə iştirak etməli; virtual.edu.az portalında müvafiq fənlər üzrə tapşırıqlar yerinə yetirilməli, portalda təklif olunan müxtəlif müsabiqələrdə fəal iştirak etməlidir.

Tövsiyələrdə məktəb direktorları, müavinlər və sinif rəhbərlərinin diqqət etməli olduğu məqamlar da açıqlanıb. Onlara müəllim və şagirdlər üçün qeyd edilən məsələlərin icra vəziyyəti ilə tanış olmaq; yaranan problemlərin həllinə imkan daxildə kömək etmək; hər bir sinif üçün virtual dərs cədvəli hazırlamaq və dərslərin keçirilməsinə nəzarət etmək; hər hansı sinifdə müəllimlərin qeydiyyatdan keçməsi mümkün olmadığı zaman həmin sinifdəki şagirdlərin digər müəllimlərin dərslərində iştirakını təmin etmək, hər hansı problem yarandıqda bunu üst quruma çatdırmaq, daha çox şagird və müəllimin sistemdən qeydiyyatdan keçməsini və öyrənməsini təşviq etmək tapşırılıb.

Rayon Təhsil Şöbələrinin diqqət etməsi lazım olan məqamlarda isə məsul olunan rayon (şəhər) üzrə məktəb direktorlarının işinə daim nəzarət edilməli və gündəlik vəziyyətlə əlaqədar şifahi sorğu keçirilməli; daha çox məktəbin portalda qeydiyyatdan keçməsi təşviq edilməli və hər hansı problem yaranarsa, üst quruma çatdırmaq tövsiyə edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyanın BBC-də biabır olduğu müsahibəsi Azərbaycan dilində - VİDEO 15 Avqust 2020, 18:00 Xaricdə daha bir azərbaycanlı koronavirusdan öldü 15 Avqust 2020, 17:52 Qazaxda təhlükəli top mərmisi tapıldı - FOTO 15 Avqust 2020, 17:43 Lerikdə 15 yaşlı qızla əlaqəyə görə daha bir şəxs həbs edildi 15 Avqust 2020, 17:34 Azərbaycanda aparılan testlərin sayı 826 mini keçdi 15 Avqust 2020, 17:25 Karantin qaydalarını pozan 86 sahibkara protokollar tərtib olundu 15 Avqust 2020, 17:17 Bakıda 550 küçə dezinfeksiya edildi - FOTO 15 Avqust 2020, 17:08 Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı - daha 2 nəfər öldü 15 Avqust 2020, 17:00 Ziyafət Əsgərov: “Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşılmalıdır” 15 Avqust 2020, 16:51 İlham Əliyev indoneziyalı həmkarını təbrik etdi 15 Avqust 2020, 16:43 Koronavirusdan sağalan Cavid Paşayev evə buraxıldı 15 Avqust 2020, 16:37 ÜST Misiri səhv testlərə görə tənqid etdi 15 Avqust 2020, 16:30 Polis velosipedçiləri cərimələdi 15 Avqust 2020, 16:23 Bərdədə dəhşətli qəza - sürücü ağır xəsarət aldı    15 Avqust 2020, 16:14 Azərbaycanda paralel xəstəliklərin ağırlaşmasından dünyasını dəyişən koronaviruslu XƏSTƏLƏR 15 Avqust 2020, 16:06 Barələrində cinayət işi başlanılan COVID-19 xəstələrinin sayı açıqlandı 15 Avqust 2020, 15:58 Paşinyan öz dili ilə ifşa olundu! - “Dünyanın gözü qarşısında biabırçı vəziyyətə düşdü” 15 Avqust 2020, 15:50 Qadın fermerlərə dəstək - FOTO 15 Avqust 2020, 15:42 Dini ayinlərin məscidlərdə keçirilməsi ral təhlükədir - QMİ-nin sədr müavini 15 Avqust 2020, 15:33 Abşeronda gizli fəaliyyət göstərən restoran aşkarlandı - Foto 15 Avqust 2020, 15:25 Körpünün üstündəki qəza tıxaca səbəb oldu - FOTO 15 Avqust 2020, 15:17 Bakıda özünü dənizə atan şəxs xilas edildi 15 Avqust 2020, 15:08 Baş Nazirdən icra başçılarına TAPŞIRIQ 15 Avqust 2020, 15:00 Putin və Lukaşenko Belarusdakı vəziyyəti müzakirə etdilər 15 Avqust 2020, 14:54 Gəncədə dezinfeksiya işləri davam etdirilir - FOTO 15 Avqust 2020, 14:48 İranda daha 161 nəfər koronavirusdan öldü 15 Avqust 2020, 14:40 “Paşinyan Livan ermənilərindən canlı şit kimi istifadə edir” - Azay Quliyev 15 Avqust 2020, 14:33 Anasını öldürmək istəyən gəncin məhkəməsi başlayır 15 Avqust 2020, 14:26 Mingəçevirdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı 15 Avqust 2020, 14:19 Paşinyanın, onun simasında Ermənistanın növbəti mənəvi İFLASI   15 Avqust 2020, 14:11 Fransa Azərbaycanlıları Koordinasiya Şurasının yeni əlaqələndiricisi seçilib 15 Avqust 2020, 14:04 Ermənilərin Kəlbəcərdə saldığı yeni yaşayış evlərinin peyk görüntüləri yayıldı - FOTO 15 Avqust 2020, 13:56 Rusiyada koronavirusa qarşı dərman istehsalına başlandı 15 Avqust 2020, 13:51 Prezidentin köməkçisindən Paşinyanın BBC-yə müsahibəsində biabır olması ilə bağlı AÇIQLAMA 15 Avqust 2020, 13:48 İşə başlayan kafe-restoranlarda bu qaydalara əməl edilməlidir - FOTOLAR 15 Avqust 2020, 13:44