Modern.az

Rusiya-Azərbaycan sərhədindəki azərbaycanlılara maliyyə yardımı edilir

Rusiya-Azərbaycan sərhədindəki azərbaycanlılara maliyyə yardımı edilir

14 May 2020, 16:09

Sosial şəbəkələrdə Vətənə qayıtmaq üçün Rusiya-Azərbaycan sərhədinə üz tutan azərbaycanlıların küçələrdə, dayanacaqlarda məskunlaşdıqları ilə bağlı məlumatlar paylaşılıb.

Modern.az-ın məlumatına görə, Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhər dairəsi rəhbərinin azərbaycanlılarla iş üzrə səlahiyyətli nümayəndəsi bu məsələyə dair açıqlama verib.

Səlahiyyətli nümayəndə bunu "Report"a müsahibəsində deyib ki, bu cür videoməlumatlar aprelin 20-də yayılmağa başlayıb. Onlar isə azərbaycanlıları aprelin 19-da yola salıblar:

“Ancaq aprelin 20-si yenidən Rusiya-Azərbaycan sərhədinə üz tutanlar oldu və onlardan əvvəldən xəbərimiz olmadı. Təbii ki, ola bilməzdi, çünki onlar sərhədə heç bir məlumat vermədən gəlirlər. Aprelin 21-i 80 adamı bir, 20 adamı isə digər mehmanxanaya yerləşdirdik və ərzaqla təmin etdik. Ancaq adamlar getdikcə daha da artırdı. “Qullar” sərhəd-keçid məntəqəsində anbar var, oranı da Pyatiqorsk azərbaycanlılarının dəstəyilə yataq dəstləri ilə təmin etdik. Rusiya Azərbaycanlıları İttifaqının köməkliyi ilə həmin anbardakı soydaşlarımızın bir qismi, yəni 90 nəfər “Qullar” sərhəd-keçid məntəqəsinin yaxınlığındakı mehmanxanalarda yerləşdirildi. Anbardakılar isə özləri orada qalmaq istədi. Bundan başqa, 50-yə yaxın adam öz hesablarına mehmanxanalara yerləşib, onlarla da əlaqəmiz var və ərzaqla təmin edirik. Hazırda küçədə heç kim yoxdur. Eyni zamanda bu günlərdə 200 nəfərlik isti çadırlar da qurulub. Tibb çadırı da fəaliyyət göstərir, hər kəs lazımi dərmanlarla təmin olunur. Pul ehtiyatımız da var. Qadınlar və uşaqlar isə evlərə yerləşdirilib”.

.

Səlahiyyətli nümayəndə deyib ki, Dərbənd şəhər dairəsinin rəhbəri Xizri Abakarov ilk gündən azərbaycanlılara yardım göstərməyə başlayıb:

“Rusiya-Azərbaycan sərhədinə gələn və köməyə ehtiyacı olan insanlar üçün maliyyə yardımı ayrıldı. Azərbaycan rəhbərliyi iki ölkə sərhədində qalan azərbaycanlılarla yaxından maraqlanır, hər kəsə diqqət ayrılır. Diasporla İş üzrə Dövlət Komitəsi ilk gündən səsimizə səs verdi, səfirliyin böyük köməkliyi oldu. Aprelin 19-dan Rusiya Azərbaycanlıları İttifaqı da prosesə qoşuldu və zəruri yardım göstərilir. Bu çətin günlərdə Polad Bülbüloğlu, Fuad Muradov, Füzuli Məmmədov xalqa yardım etdilər. Bu, Azərbaycan xalqının həmrəyliyi deməkdir. Hazırda sərhəddə və Dərbənd şəhərində Azərbaycana keçmək istəyən 650-ə yaxın adam var.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir