Modern.az

Kamran Əliyev daha bir prokuroru işdən ÇIXARDI

Kamran Əliyev daha bir prokuroru işdən ÇIXARDI

Hadisə

15 May 2020, 10:47

Baş prokuror daha bir rayonun prokurorunu işdən çıxarıb.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Ağstafa rayonunun prokuroru Aslan Surxayev vəzifəsindən azad olunub.

 

Qeyd edək ki, bundan əvvəl daha 5 rayonun prokuroru və bir şöbə rəisi vəzifəsindən kənarlaşdırılmışdı. Belə ki, Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov, Yevlax rayon prokuroru Elxan Pənahov, Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi Niyaz Məmişov işdən çıxarılıb.


Həmin şəxslər “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanuna müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdıqlarına görə Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə tutduqları vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı