Arxiv
18 May 2020, 12:03 | HADİSƏ
“Qərbi Azərbaycan Respublikası intriqa mərkəzinə çevrilməməlidir” - Fəzail Ağamalı tərəflərə YOL GÖSTƏRDİ

Türkiyənin Ərciyəz Universitetinin müəllimi, professor Qafar Çaxmaqlının Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasını elan etməsini müsbət qarşılayanlar olsa da, əksi də müşahidə olunmaqdadır.

Təşəbbüs Qrupunun rəhbəri olan Q.Çaxmaqlı Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradılmasıyla bağlı Təşkilat Komitəsinin tərkibini də açıqlayıb. Sədri Qafar Çaxmaqlı olan Təşkilat Komitəsinin 50 üzvündən biri - Cəmşid Dərələyəzli Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədr müavini kimi təqdim edilib.


Milli Məclisin deputatı, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Q.Çaxmaqlının statusuna sərt şəkildə reaksiya verib:


“Artıq yalan danışmağa başladınız? Cəmşid Dərələyəzli heç vaxt Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədr müavini olmayıb və indi bu təşkilatın heç üzvü də deyil. Muxtar Oxçoğlu isə Azərbaycan Qaçqınlar Cəmiyyətinin yox, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvüdür. Azərbaycan Qaçqınlar Cəmiyyəti sizin bu qurumu ilk gündən qəbul etmir. Bu yolla “siyahı” tərtib edirsiniz?”.


Əziz Ələkbərli Q.Çaxmaqlıya ayrıca statusla etirazını ifadə edib:

“Qafarın hökuməti Cəmşid Dərələyəzlini Qaçqınlar Cəmiyyətinin sədr müavini kimi təqdim edib. O şəxs Cəmiyyətin heç üzvü də deyil!”.


İki tanınmış şəxs arasında baş verənlərə Qərbi Azərbaycandan olan deputat Fəzail Ağamalı da münasibət bildirib.


O, Modern.az-a açıqlamasında baş verənləri təəssüf hissi ilə qarşıladığını dilə gətirib:

“Təəssüf edirəm ki, Qafar Çaxmaqlının bu ideyası, bununla bağlı atmış olduğu addım bəzi adamlar tərəfindən doğru qarşılanmır.

Əziz Ələkbərlini uzun müddətdir ki, tanıyıram. Fəaliyyətini Qərbi Azərbaycan İcmasının yaradılması sahəsində qurub. Buna da müsbət yanaşıram. Qafar Çaxmaqlının ideyasının Əziz Ələkbərlinin Qərbi Azərbaycan İcmasına hər hansı maneçiliyi yoxdur. Əksinə, hər ikisi formalaşarsa, onlar arasında koordinasiya qurmaq, fəaliyyətlərini uyğunlaşdırmaq və birgə platformadan  çıxış edərək, ermənilərə, erməni diasporuna, erməni faşizminə qarşı mübarizəni müxtəlif cinahlardan aparmaq olar. Ona görə də uzun müddətdən bəri tanıdığım Əziz Ələkbərliyə də tövsiyə edərdim ki, buna qarşı özünün aqressiv mahiyyət kəsb edən fikirlərindən uzaqlaşsın. Əksinə, imkanları daxilində Qərbi Azərbaycan hökumətinin yaranmasına yardımını göstərsin”.


Fəzail Ağamalı Mühacirətdə Qərbi Azərbaycan Respublikasının elan olunduğunu eşidəndə müsbət fikirlərini ifadə etdiyini vurğulayıb:

“Bu cür təşkilatların yaranmasını və fəaliyyətini ermənilərə qarşı aparılmış informasiya müharibəsi və ideoloji mübarizədə vacib vasitə kimi dəyərləndirdim. Bu gün də həmin fikirdəyəm. Yeni yaranan təşkilata qarşı kimlərinsə çıxış etməsinin tərəfdarı deyiləm. Düşünürəm ki, Qərbi Azərbaycan hökuməti Təşəbbüs qrupu yaradıb Qərbi Azərbaycandan olan tanınmış adamları ora cəlb etməli və parlament də formalaşdırmalıdır”.

Deputat elan olunmuş respublikanı intriqa mərkəzinə çevrilməməyə çağırıb:

“Parlament təşkil ediləndən sonra üzvlərindən həm baş nazir, həm də digər nazirlər seçilməlidir. Eyni zamanda, parlamentdə mühacir hökumətin prezidentinə qədər seçilməlidir. Həmin respublikaya həqiqətən də o torpaqların geri qaytarılmasına razı olan soydaşlarımız daxil edilməlidir. Heç bir halda oranı intriqa mərkəzinə, daxili siyasi çəkişmə yuvasına çevirmək olmaz. Bunun qəti şəkildə əleyhinəyəm. Əgər belə hallar olarsa, etirazımı bildirəcəm”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ-dan Belarusa göndərilən ilk neft tankeri Litva portuna çatıb  6 İyun 2020, 12:15 “Quş qoyuramsa, pul verməlisən” – Məşhur sovet şairinin məktəbli ilə gülməli əhvalatı 6 İyun 2020, 12:05 Ali məktəblərə sənəd verənlərin sayı AÇIQLANDI 6 İyun 2020, 12:02 Mikayıl Müşfiq haqda sirlər 50 il sonra açıldı - Nadir VİDEO 6 İyun 2020, 11:45 Bakı polisi küçələrdə çağırış edir - VİDEO 6 İyun 2020, 11:45 Karantin xəstəxanasının həkimindən vətəndaşlara müraciət: “Artıq bu xəstəlik yaşa baxmır” - VİDEO 6 İyun 2020, 11:38 Yollarda karantin qaydalarını pozan sürücülər saxlanılır - FOTO+VİDEO 6 İyun 2020, 11:28 “Sizi narahat edən sovet poeziyasının marşalıdır” - Səməd Vurğunla bağlı ƏHVALATLAR 6 İyun 2020, 11:20 Pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 147 milyon manatdan çox pul ödənilib - Nazirlik 6 İyun 2020, 11:15 İTBAŞI (5-ci bölüm) 6 İyun 2020, 11:08 Alın yazısı 6 İyun 2020, 11:00 “Elə bilirsiniz pulum qurtarıb?” - Xalq şairi Qabil haqqında LƏTİFƏLƏR 6 İyun 2020, 11:00 Balakəndə 1200 kq narkotik vasitə məhv edildi 6 İyun 2020, 10:59 Ermənistanda yoluxma sayı 12 mini keçdi 6 İyun 2020, 10:53 Tarixdə iz qoyanlar: Azərbaycanın Ermənistana göndərdiyi ilk DİPLOMAT… 6 İyun 2020, 10:50 Gəncədə sərt karantin qaydalarını pozan çörək sexi aşkarlandı - FOTO 6 İyun 2020, 10:50 Neft yenidən bahalaşdı 6 İyun 2020, 10:45 Koronavirusun müalicəsinə kömək edən preparat 6 İyun 2020, 10:35 Həyətində çətənə becərən şəxs TUTULDU 6 İyun 2020, 10:29 Bakıda altı nəfər köməksiz qaldı 6 İyun 2020, 10:22 Marketlərdə çörək tapmayanların NƏZƏRİNƏ... 6 İyun 2020, 10:13 Firəngiz Mütəllimovanın sevgi ETİRAFLARI: “İki dəfə ayrıldıq, təzədən barışdıq...” - MÜSAHİBƏ 6 İyun 2020, 10:06 Ərinin boğazını kəsən qadının məhkəməsi başladı 6 İyun 2020, 10:00 Azərbaycanda hakimlər davaya müdaxilə etməyəcək 6 İyun 2020, 09:50 “Unikal” qəzeti və “Unikal.org” portalı 10 yaşına çatdı 6 İyun 2020, 09:40 Cəbhədə gərginlik: Düşmən mövqelərimizə 24 atəş zərbəsi endirib 6 İyun 2020, 09:30 Yanacaqdoldurma məntəqəsində yanğın olub 6 İyun 2020, 09:23 Qadağadan sonra Bakı küçələri boşaldı - Fotolar 6 İyun 2020, 09:11 ABŞ-da təyyarə qəzasında 5 nəfər ölüb 6 İyun 2020, 09:00 Ramiz Mehdiyev Nadir şahdan YAZIB - Bir qətlin TARİXÇƏSİ 6 İyun 2020, 08:48 Moskvada COVİD-19  qurbanlarının sayı 3 minə çatır 6 İyun 2020, 01:01 Türkiyə ordusu şəhid verdi 6 İyun 2020, 00:45 Naməlum şəxs insanlara atəş açdı: ölən və yaralanan var 6 İyun 2020, 00:34 Həftə sonu iki halda yaşayış yerini tərk etməyə İCAZƏ VERİLİR 6 İyun 2020, 00:27 Bu şəhərlərdə ərzaq mağazaları və apteklər də BAĞLANDI 6 İyun 2020, 00:19