Modern.az

Koronavirus İrana yenidən “qayıtdı” - Bir gündə 2111 yoluxma, 62 ölüm

Koronavirus İrana yenidən “qayıtdı” - Bir gündə 2111 yoluxma, 62 ölüm

Dünya

19 May 2020, 17:26

İranda koronavirusa (COVID-19) yoluxma halları yenidən artmağa başlayıb.

 

Modern.az xəbər verir ki, ötən sutka ərzində daha 2111 nəfərdə infeksiya aşkarlanıb, 62 nəfər virusdan vəfat edib.

 

Bununla da İranda koronavirusa yoluxanların sayı 124 603-ə, ölənlərin sayı isə 7119-a yüksəlib.

 

Qeyd edək ki, İranda koronavirusa yoluxmaların çoxalmasını karantin rejiminin yumşaldılması ilə əlaqələndirirlər.

 

T.İSMAYIL

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı