Modern.az

Elmar Məmmədyarov Lavrovla müzakirə apardı

Elmar Məmmədyarov Lavrovla müzakirə apardı

Aktual

22 May 2020, 22:15

Azərbaycanın Xarici İşlər Nazirliyinin başçısı Elmar Məmmədyarovla Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Modern.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

 

Məlumata görə, nazirlər koronavirusla mübarizə üzrə ikitərəfli qarşılıqlı əlaqə, həmçinin MDB çərçivəsində cari əməkdaşlıq məsələlərini müzakirə ediblər.



Nazirlər həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 73-cü sessiyasının nəticələrini nəzərə alaraq koronavirusla mübarizədə əməkdaşlığın cari məsələləri ətrafında fikir mübadiləsi aparıblar.



ÜST-ün 73-cü sessiyası mayın 18-19-da telekonfrans rejimində Cenevrədə keçirilib. Sessiyanın nəticələrinə uyğun olaraq, pandemiyaya beynəlxalq reaksiya verilməsi üzrə qətnamə qəbul edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır