Modern.az

Gürcüstanda fövqəladə vəziyyət rejimi ləğv edildi

Gürcüstanda fövqəladə vəziyyət rejimi ləğv edildi

23 May 2020, 00:21

Gürcüstanda yeni növ koronavirus pandemiyası səbəbi ilə tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilib.

Modern.az  xəbər verir ki, Gürcüstan hökumətinin qərarına əsasən, mayın 23-dən etibarən bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi tətbiq olunmayacaq.

Qeyd edək ki, qonşu ölkədə “COVID-19” pandemiyası ilə əlaqədar olaraq martın 21-də fövqəladə vəziyyət rejimi elan edilib. Ölkədə epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq Gürcüstan Prezidenti Salome Zurabişvili aprelin 17-də fövqəladə vəziyyət rejiminin mayın 10-dək uzadılması barədə sərəncam imzalayıb. Aprelin 22-də isə Gürcüstan parlamenti ölkədə fövqəladə vəziyyətin mayın 22-dək uzadılması ilə bağlı Prezident Salome Zurabişvilinin sərəncamını dəstəkləyib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma fevralın 26-da qeydə alınıb. Həmin tarixdən ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 723-ə çatıb. (APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir