Modern.az

Salyanda kanalda meyiti tapılan qadın qətlə yetirilibmiş

Salyanda kanalda meyiti tapılan qadın qətlə yetirilibmiş

26 May 2020, 20:01

Salyanda kanalda meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub.

Modern.az xəbər verir ki, qadının kimliyi və hansı şəraitdə qətlə yetirilməsi müəyyənləşdirilir.

Qeyd edək ki, Salyan rayonunun Yenikənd kəndi ərazisində kanalda naməlum qadın meyiti aşkar edilib.

Qadının meyiti müayinə olunmaq üçün Salyan rayon Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Mərkəzinə aparılıb.

Onun kimliyi və hansı səbəbdən öldüyü hüquq-mühafizə orqanları tərəfindən aydınlaşdırılır.

Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır. (APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır