Modern.az

Məşhur prodüser daha dörd təcavüzdə ittiham olunur

Məşhur prodüser daha dörd təcavüzdə ittiham olunur

31 May 2020, 14:04

Amerikalı prodüser Harvi Vaynşteynə qarşı daha dörd cinsi zorakılıq ittihamı irəli sürülüb. “The Hollywood Reporter”in yaydığı məlumata görə, zərəçəkənlərdən biri cinayət törədilən vaxt yetkinlik yaşına çatmamış olub.

Modern.az xəbər verir ki, prodüserə qarşı qaldırılan iddialar Nyu-York məhkəməsinə göndərilib. Məlumatlara görə, adlarını açıqlanmayan iddiaçılar hazırda 35, 38, 43 və 70 yaşlarındadılar. Onlar 1984-2013-cü illər ərzində Vaynşteyn tərəfindən cinsi təcavüzə məruz qaldıqlarını bildiriblər. Zərəçəkənlərdən bəziləri, həmçinin prodüserin onları baş verənləri açqlayacaqları halda karyeralarını məhv edəcəyi ilə hədələdiklərini deyiblər.

Bundan bir az əvvəl 23 il həbs cəzası almış Harvi Vaynşteynin koronovirusa tutulduğu xəbəri yayılmışdı. Tibbi yardım aldıqdan sonra prodüser sağalıb. Çoxsaylı təhdid və cinsi təcavüzlərdə ittiham olunan prodüserə martın 11-də Nyu-York məhkəməsi hökm oxuyub.             

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı