Modern.az

Elman Rüstəmov vətəndaşlara müraciət etdi: pullarını götürə bilərlər

Elman Rüstəmov vətəndaşlara müraciət etdi: pullarını götürə bilərlər

Aktual

1 İyun 2020, 16:00

“Bütövlükdə Maliyyə Nazirliyi tərəfindən fərmana uyğun olaraq, 639 milyon manat vəsait ayrılıb. Bunun 326,8 milyon manatı vətəndaşların sərəncamına verilməli, qalan 312,2 milyon manat isə vətəndaşların kredit təşkilatları qarşısında vaxtı keçmiş kreditlərinin bağlanmasına sərf olunmalıdır”.

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov fiziki şəxslərin problemli kreditlərinin həllilə bağlı fərmandan irəli gələn sualı cavablandırarkən bildirib.

E.Rüstəmov deyib ki, bugünkü tarixə vətəndaşlara ödənilməli olan vəsaitlərdən banklarda, Bank Olmayan Kredit Təşkilatlarında, “Azərpoçt” MMC-də qalan vəsaitinin məbləği 3,2 milyon manatdır:

“8386 vətəndaş hələ vəsaitini götürməyib. 7514 vətəndaşın 2,6 milyon manatı “Azərpoçt”da,  854 vətəndaşın 600 min manatı bank sistemində qalıb. Biz bunun səbəblərilə maraqlandıq. Məlum oldu ki, 3 min nəfərin “Azərpoçt”dan alacağı məbləğ 100 manatdan aşağıdır. Borcalanlarla əlaqə yaradıla bilməməsidir, bəzilərinin vəfat etməsidir və s. Fürsətdən istifadə edib bir daha vətəndaşlara müraciət edərək, deyirəm ki, onlara aid vəsaiti istədikləri vaxt götürə bilərlər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!