Modern.az

Nazirlik yoxlama apardı - 392 obyektdə nöqsan aşkarlandı: “Soliton”, “Optimal elektronika”, “Bol Market”...

Nazirlik yoxlama apardı - 392 obyektdə nöqsan aşkarlandı: “Soliton”, “Optimal elektronika”, “Bol Market”...

İqtisadiyyat

1 İyun 2020, 18:23

Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə monitorinqlər keçirir.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, mayın 31-də keçirilmiş monitorinqlər zamanı Suraxanı rayonunda “Zəngəzur market”, “Lay Lay uşaq aləmi”, “Məktəb ləvazimatı”, “Şirinbala uşaq aləmi”, mağazalarında, Binəqədi rayonunda Asif Hacıyevə məxsus ət, “X motors” yağ satışı mağazalarında, Sabunçu rayonunda “Meqa Sığorta” ASC-yə məxsus “Meqa Sığorta” pərakəndə ticarət obyektində, "Azəri Med" MMC-yə məxsus “Plus Aptek”də, Xəzər rayonunda Cavad İzzətova məxsus çayxanada, Xətai rayonunda “Zolushka ticarət mərkəzi”ndə, “Velvet” geyim mağazasında, “Zeytun Aptek”də, Nizami rayonunda Radik Cəfərov, Mübariz Əliyev, Mansur Həsənov və Seymur Hüseynova məxsus pərakəndə satış mağazalarında, Yasamal rayonunda "Optimal elektronika" MMC və "Supertoys" MMC-yə məxsus mağazalarda, “Benita” geyim mağazasında, Abşeron rayonunda “Dəniz market”də, Qobustan rayonunda “Bol Market”də və “Ramil Market”də, Masallı rayonunda “Papatya dönərevi” və “Retro kafe”də, “Sevinc Mebel”, “Soliton” mağazalarında, Ağsu rayonunda “Univermaq” ticarət obyektində və Orxan Hüseynova məxsus mağazada, “Umud Kafesi”ndə, Zaqatala rayonunda “Dönər Mağazası”nda və s., ümumilikdə monitorinqin əhatə etdiyi 392 obyektin 217-də ticarət və zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.

 

Qeyd edək ki, mayın 22-dən 31-dək 1984 sahibkarlıq subyektində monitorinq keçirilib və 961 obyektdə tələblərin pozulması hallarına rast gəlinib. Monitorinqlər davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...