Arxiv
2 İyun 2020, 09:53 | AKTUAL
Koronavirusla mübarizədə medianın rolu və yeni çağırışlar

 

Koronavirus pandemiyası ilə apardığımız mübarizə bizə media institutlarının əhəmiyyətini daha yaxşı anlamağa kömək etdi. Sosial şəbəkələrin yaratdığı şərait çərçivəsində fərdlərin xəbər mənbəyi kimi çıxış etməsində müxtəlif imkanların olmasına baxmayaraq, bu dövrdə biz peşəkar, institutlaşmış media qurumlarının rolunu bir daha başa düşdük. Xalqımıza vəziyyətin və ondan irəli gələn qərarların operativ formada çatdırılmasında, mövcud vəziyyətin ciddiliyinin əhalimiz tərəfindən başa düşülməsində media institutlarının töhfəsi böyük oldu. Əgər digər ölkələrə nisbətdə pandemiyanın fatal fəsadları ölkəmizdə az oldusa, bunda medianın da rolu böyükdür. Bunları nəzərə alaraq, təsadüfi deyil ki, media idarəçiliyin bir qolu kimi tanınır. Burada hökumət qurumlarının da media ilə yaxından kommunikasiya qurulmasında səylərini vurğulamaq lazımdır. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mütəmadi brifinqlərin keçirilməsi bu səylərin bariz nümunəsidir. Bundan əlavə, Cənab Prezident İlham Əliyevin media mənsublarına daimi diqqəti və onlara ayırdığı zaman, dövlət idarəçiliyində medianın xidmətlərinin tanınmasıdır. 

 

Lakin, bu vəziyyətdə bəzi media qurumlarının milli təhlükəsizliyimizə və inkişafımıza məsuliyyətsiz yanaşma hallarını da müşahidə etdik. Yanlış, əsaslandırılmamış məlumat yayaraq cəmiyyət arasında təlaş yaratma hallarını buna misal göstərmək olar. O biri tərəfdən baxsaq, bu cür neqativ hallar xalqımıza hansı media mənbələrinin daha etibarlı olduğunu anlamağa və məlumatları yalnız rəsmi mənbələrdən izləməli olduqlarına siqnal verdi. 

 

İctimai rəyin neqativləşməsinə hədəflənmiş bu tip əsaslandırılmamış məlumatların yayılmasında sosial şəbəkələrin yaratdığı “imkanları” nəzərə alaraq, bu şəbəkələrdə yayılan bəzi məlumatların üzərində nəzarətin gücləndirilməsi qaçılmazdır. Bu nəzarət eyni zamanda, milli əxlaqımıza zidd addımlar atan bəzi individual şəxslərə də şamil olunmalıdır. 

 

Əslində, Möhtərəm Prezidentimiz İlham Əliyev problemlərinə toxunduğu, eyni zamanda dəstək gözlədiyi sahələrdən birinin məhz müstəqil və sağlam media olduğunu dəfələrlə bildirmişdir. Bunun üçün isə ilk növbədə qanunvericilik hakimiyyəti tərəfindən hüquqi əsaslar yaradılmalıdır. Bu məsələyə post-pandemiya dövrünün digər bir çağırışı kimi də yanaşa bilərik.

 

Bunları nəzərə alaraq, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin dəsti-xəttini əsas tutan, öz işinə peşəkarcasına yanaşan,  birliyimizi təmin edərək “Biz Birlikdə Güclüyük” aksiyasına müsbət töhfələr verən media qurumlarına təşəkkürümü bildirmək istərdim. Öz məsuliyyətini tam anlamayan media orqanlarına isə təklifim milli birliyimizin, inkişafımızın və sosial ədalətin təmin olunmasında əhəmiyyətlərini daha da yaxşı dərk etmələridir. Müasir texnologiyaların yaratdığı imkanlardan dövlətimizin inkişafı və çiçəklənməsi istiqamətində istifadə etmək lazımdır.

 

Bütövlükdə götürsək, media qurumları üçün də bu yeni konteksə uyğunlaşmaq böyük təcrübə toplamağa imkan verdi və onların fəaliyyətində sağlamlaşma ilə müşahidə olundu. 

 

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs tutuldu 13 İyul 2020, 15:56 Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanat YAYDI 13 İyul 2020, 15:50 Şəhid baş leytenantla vida mərasimi keçirilir - FOTO 13 İyul 2020, 15:44 Deputat Ermənistanı “dünyaya meydan oxumaq”da  ittiham etdi 13 İyul 2020, 15:38 Ermənistanda əsgər anaları TƏŞVİŞDƏ: “Övladlarımızdan xəbər ala bilmirik” 13 İyul 2020, 15:33 Bu il üç milyon nəfərə 3,059 milyard manat sosial ödəniş edilib 13 İyul 2020, 15:28 115 kubalı həkim Azərbaycana gəldi 13 İyul 2020, 15:22 Vilayət Eyvazov daha bir rəisi təqaüdə göndərdi 13 İyul 2020, 15:16 Nazirlikdən xəbərdarlıq - Qeyri-sabit hava həftə sonuna qədər davam edəcək   13 İyul 2020, 15:10 Polis Bakıda əməliyyat keçirdi - Narkotacirlər saxlanıldı 13 İyul 2020, 15:04 Lavrov Məmmədyarova ZƏNG ETDİ - Cəbhədəki vəziyyət müzakirə olundu 13 İyul 2020, 14:58 Şabranın bu bu kəndinə su çəkilir - FOTO 13 İyul 2020, 14:52 Təhsil İdarəsinə yeni rəis təyin olundu 13 İyul 2020, 14:46 Deputat şəhid Xəyyam Daşdəmirovun ailəsilə görüşüb - FOTO   13 İyul 2020, 14:40 Oğluna sünnət toyu etməyə cəhd göstərdi, CƏRİMƏLƏNDİ 13 İyul 2020, 14:35 Deputat: Ermənistan növbəti dəfə məqsədli şəkildə təxribata əl atdı” 13 İyul 2020, 14:34 Rusiya Azərbaycanla Ermənistan arasında vasitəçi olmaq İSTƏYİR 13 İyul 2020, 14:32 Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib 13 İyul 2020, 14:30 “Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ 13 İyul 2020, 14:26 Azərbaycan diasporu etiraz bəyanatları yayır 13 İyul 2020, 14:24 Azərbaycanın Qazaxıstandakı səfirliyində dövlət bayrağı endirildi 13 İyul 2020, 14:20 “Aprel döyüşləri heç kimin yadından çıxmasın” - TƏHLİL 13 İyul 2020, 14:09 Evin həyətində narkotik əkən tutuldu - FOTO 13 İyul 2020, 14:05 “Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir 13 İyul 2020, 14:00 ““Ordumuzla birgəyik” demək azdır…” - Sahib Alıyev 13 İyul 2020, 13:55 YAP cəbhədəki təxribatla bağlı bəyanat YAYDI 13 İyul 2020, 13:49 Baş nazirin müavini: “Xalq yeni qəhrəmanlarını tanıdı” 13 İyul 2020, 13:43 Prezident: “Həlak olan hərbçilərimizin qisası alındı!” - YENİLƏNİB 13 İyul 2020, 13:40 Müdafiə Nazirliyinin rəsmisindən çağırış - “Düşmənin təxribatına inanmayın” 13 İyul 2020, 13:37 Deputat erməni təxribatının məqsədlərini AÇIQLADI 13 İyul 2020, 13:33 Sabahın hava PROQNOZU 13 İyul 2020, 13:30 Sabir Hacıyev: “Minsk qrupu işğalçı dövlətə təzyiq göstərə bilmir” 13 İyul 2020, 13:26 Türkiyədən Ermənistana mesaj: “Ağlınızı başına yığın Azərbaycanın yanındayıq” 13 İyul 2020, 13:22 Gənclər cəbhəyə getmək üçün müraciət etdi - RƏSMİ 13 İyul 2020, 13:16 Məmmədyarov rusiyalı həmsədrə və ATƏT nümayəndəsinə ETİRAZ ETDİ 13 İyul 2020, 13:13